MDB
Patriarx Kirilldən Bakı və İrəvana: Savaş başlasa...
Moskva və Bütün Rusun patriarxı Kirill Azərbaycan və Ermənistanı dialoqa çağırıb.
Axar.az xəbər verir ki, o, konfliktin 33 ildir davam etdiyini və hər dəfə konflikt gərginləşəndə onu şəxsi ağrısı kimi qəbul etdiyini bildirib.
1995-ci ilin 13 iyununda Moskvada Rus Pravoslav Kilsəsinin təşəbbüsü ilə Azərbaycan, Ermənistan və Rusiya dini liderlərinin görüşünü xatırladan Kirill burada Azərbaycan-Ermənistan konfliktinin dini əsasları olmamasına dair birgə bəyanatın qəbul edildiyini bildirib:
“Qafqazda gərginliyin güclənməsində maraqlı olan qüvvələri izləməməyə çağırıram. Qafqazda yeni müharibə özünə müxtəlif növ terrorçu və ekstremist cəlbini qaçılmaz edəcək ki, bu da regionu uzun müddət sülh və stabillikdən məhrum edəcək”.
Kirill Rus Pravoslav Kilsəsinin Qarabağ konfliktinin həllində uzun illərə dayanan sülhməramlı fəaliyyətinin ona Azərbaycan və Ermənistan dini liderlərinə müraciət etmək imkanı verdiyini deyib:
“Əziz qardaşlar, sizdən qardaşlıq görüşlərinin gedişini möhkəmləndirməyi xahiş edirəm. Rus Pravoslav Kilsəsi konfliktin tezliklə bitməsi üçün dua edir”.
-
Magazin201:41Həyat yoldaşını çiyinlərinə alaraq qaçdı: “Dünyamı daşıyıram” - FOTO
-
Qoroskop00:00Günün ULDUZ FALI - Ailə məsələləri sizə əlavə xoşbəxtlik gətirəcək
-
Hadisə8 Oktyabr 23:48Minaya düşənlər şəhid Ruhin Qəhrəmanovun atası ilə qardaşıdır - FOTO
-
İKT8 Oktyabr 23:36Azərbaycanda ən populyar süni intellekt çat-botu açıqlandı
-
Avropa8 Oktyabr 22:48İordaniya şahzadəsinin zinət əşyaları görün kim oğurlayıb
-
MDB8 Oktyabr 21:48İki rus 18 nəfəri oğurlayaraq köləlikdə saxladılar
-
İdman8 Oktyabr 21:36Messini yadplanetli adlandırdılar
-
Nida Xəbər 8 Oktyabr 20:36Əliyev və Paşinyan masa ətrafında danışdılar - VİDEO


























.png)









