MDB
Lavrovla görüşdən sonra ermənilər bazara BURAXILDI
Xəbər verdiyimiz kimi iyulun 23-də Rusiya xarici işlər naziri Sergey Lavrov Rusiyadakı Azərbaycan və Ermənistan icmalarının tanınmış nümayəndələri ilə görüşüb.
Publika.az xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyinin mətbuat xidməti məlumat yaymışdı.
Bildirilirdi ki, Lavrov "Kiyevskaya ploşad" şirkətinin rəhbəri Qod Nisanovu və Rusiya Erməniləri İttifaqının prezidenti Ara Abramyanı qəbul edib.
Bu gün isə görüşün detalları məlum olub. Məlumata görə, görüşdən sonra "Kiyevskaya ploşad" şirkətlər qrupu “Fud Siti” bazarında və digər obyektlərin fəaliyyətində bərabərlik prinsiplərinə riayət etməyə davam etmək niyyətində olduğunu bəyan edib.
Bu barədə şirkətin Direktorlar Şurasının sədri Qod Nisanov səhmdarlar və rəhbərlik obyektlərdə işləyən insanların milli mənsubiyyətinə fərq qoymadan, vahid yanaşma, rahatlıq və təhlükəsizlik prinsiplərini gözləyərək onların çalışmasına şərait yaradacaqları deyib:
"Qrupa aid olan şirkətlər fəaliyyət göstərdiyi illər ərzində milliyyətindən və dinindən asılı olmayaraq istehlakçıların, tərəfdaşların və icarədarların maraqlarını qoruyub. "Kiyevskaya ploşad" şirkətlər qrupunun səhmdarları və rəhbərləri obyektlərimizdə işləyən hər kəs üçün ən rahat və təhlükəsiz şəraitin yaradılmasına xüsusi diqqət yetirərək bu prinsiplərə riayət etməyə davam etmək niyyətindədirlər”.
Xatırladaq ki, iyulun 12-də Ermənistanın Azərbaycanla sərhəddə təxribatlarından sonra Ermənistan sahibkarlarına məxsus məhsul dolu yük maşınları “Fud Siti” kənd təsərrüfatı məhsulları bazarından çıxarılmış, erməni ticarətçilərin məhsullarına boykot elan olunmuşdu.
-
Rəsmi xronika12:50Ərdoğan İlham Əliyevi təbrik etdi
-
Nida Xəbər 12:00Paşinyandan yeni Konstitusiya ilə bağlı mühüm açıqlama: Ən vacib vəzifə Azərbaycanla...
-
Region11:48Ermənistanın 2027-ci il üçün dövlət büdcəsi: Təqaüdlərə 674 milyard, müdafiə xərclərinə...
-
Nida Xəbər 10:18Kredit borcları ilə bağlı hamının gözlədiyi xəbər gəldi - Yeni qərar gözlənilir...
-
Dünya09:42Putin onlara vəd verib: Sizin zənginizə həmişə cavab verəcəyəm
-
Sosial09:36Pensiyaçılarla bağlı yeni vəziyyət yarandı - 200 manat verilir, əvəzində…
-
Dünya08:48Piratlar İranın balıqçı gəmisini ələ keçirdilər - 23 nəfərdən xəbər yoxdur
-
Səhiyyə08:00Optimal qan şəkəri səviyyəsi müəyyən edildi

















.jpg)


















.jpg)
.jpg)

