MDB
Bu komitə Lukaşenkoya qadağa qoydu
Beynəlxalq Olimpiya Komitəsi (IOC) Belarus prezidenti Aleksandr Lukaşenkonun Olimpiya Oyunları və qurumun bayrağı altındakı digər tədbirlərdə iştirakına müvəqqəti qadağa qoyub.
Publika.az xəbər verir ki, bu barədə IOC prezidenti Tomas Bax mətbuat konfransında açıqlama verib. O, Belarus Milli Olimpiya Komitəsinin (MOK) hazırkı rəhbərliyinin addımlarının Olimpiya Xartiyasının başlıca prinsiplərinə zidd olduğunu və Olimpiya hərəkatının nüfuzuna ciddi təsir etdiyini vurğulayıb.
Qadağalar eyni zamanda Belarus MOK-un prezidenti postunu tutan Aleksandr Lukaşenkoya, onun bu qurumdakı vitse-prezidenti olan oğlu Viktor Lukaşenko və İcraiyyə Komitəsinin üzvü Dmitri Baskova şamil edilib.
IOC belə qənaətə gəlib ki, Belarus MOK-un rəhbərliyi ölkə idmançılarını siyasi ayrıseçkilikdən kifayət qədər qorumur.
Eyni zamanda, idmançıların Tokio-2020 Yay və Pekin-2022 Qış Olimpiya Oyunlarına hazırkığı üçün vəsait istisna olmaqla, Belarus MOK-un bütün maliyyələşməsi dondurulub. İdman təhsili proqramları Belarus MOK-u vasitəsilə yox, birbaşa IOC tərəfindən maliyyələşdiriləcək.
-
Nida Təhlil 16:36Əli Kərimlinin övladları və erməni lobbisi: Şəxsi ambisiyalar naminə milli maraqların satılması
-
Rəsmi xronika12:50Ərdoğan İlham Əliyevi təbrik etdi
-
Nida Xəbər 12:00Paşinyandan yeni Konstitusiya ilə bağlı mühüm açıqlama: Ən vacib vəzifə Azərbaycanla...
-
Region11:48Ermənistanın 2027-ci il üçün dövlət büdcəsi: Təqaüdlərə 674 milyard, müdafiə xərclərinə...
-
Nida Xəbər 10:18Kredit borcları ilə bağlı hamının gözlədiyi xəbər gəldi - Yeni qərar gözlənilir...
-
Dünya09:42Putin onlara vəd verib: Sizin zənginizə həmişə cavab verəcəyəm
-
Sosial09:36Pensiyaçılarla bağlı yeni vəziyyət yarandı - 200 manat verilir, əvəzində…
-
Dünya08:48Piratlar İranın balıqçı gəmisini ələ keçirdilər - 23 nəfərdən xəbər yoxdur




































.jpg)
.jpg)

