MDB
Şərq Qoşunları Qrupunun komandiri o oldu
Rusiyanın Ukraynaya genişmiqyaslı hücumu başlayandan Rüstəm Muradov yenidən "qaynar nöqtə"yə köçürülüb. İndi general Muradov Şərq Qoşun Qruplaşmasına rəhbərlik edir.
Publika.az xəbər verir ki, bu barədə məlumatı Ukrayna mediası yayıb.
Məlumatda bildirilir ki, Rusiya Müdafiə Nazirliyi ilk dəfə müharibədə iştirak edən Rusiyanın Şərq qoşunları qrupunun komandirinin adını rəsmən açıqlayıb. Verilən məlumata görə, bu, general-leytenant Rüstəm Muradovdur.
Ukraynanın “FreedDom” layihəsinin jurnalistləri Muradovun kim olduğu haqda məlumatı da təqdim ediblər: "O, Putin rejiminin sadiq generalı və 90-cı illərdə Rusiyanın maraqlarını müdafiə edən ən məşhur rus hərbçisidir. General Muradov Ukraynadakı “Şərq” qoşunlarının komandiri, Donetsk istiqamətində işğalçılara cinayət əmri verən şəxsdir.
40 yaşlı Muradov Rusiya Qəhrəmanı adını alıb. O, ilk ordenini Çeçenistanda kəndlərdən birini ələ keçirdiyinə görə qazanıb. 2012-ci ildə general-mayor rütbəsi alıb və Şərq Hərbi Dairəsindən Mərkəzi Hərbi Dairəyə keçirilib. Bundan sonra onun adı artıq Rusiyanın Ukraynaya qarşı hərbi əməliyyatlarında hallanır.
2016-cı ildə Muradov Rusiya-Ukrayna birgə Atəşkəsin Monitorinqi və Koordinasiyası Mərkəzində Rusiyanın nümayəndəsi olub. Donbasdan sonra onun döyüş təcrübəsi artıq Suriyada faydalı olub. O, təkcə hərbi məsləhətçi deyil, həm də əsgər qruplarına komandanlıq edib.
Muradov Suriyadan qəhrəman kimi qayıdıb və Qızıl Ulduz mükafatına layiq görülüb. Mərkəzi Dairənin ikinci ordusuna komandanlıq edib, 2018-ci ildə Cənub Hərbi Dairəsinin qüvvələri komandirinin müavini olub. 2020-ci ildə o, general-leytenant rütbəsi alıb və Dağlıq Qarabağda qondarma sülhməramlı kontingentə komandanlıq edib.
Rusiyanın Ukraynaya genişmiqyaslı işğalı başlayandan sonra Rüstəm Muradov yenidən "qaynar nöqtə"yə köçürülüb. Hazırda Şərq qoşun qruplaşmasına rəhbərlik edir.
(Teleqraf.com)
-
Cənubi Qafqaz11:10Azərbaycan sərhədin bu istiqamətində mövqelərini genişləndirib? - İDDİA
-
Nida Xəbər 10:52Bu şəxslər hərbi xidmət keçmədən “yararlı” bilet ala bilər
-
Sosial10:16Formula-1 zamanı Bakıda bu yollar bağlı olacaq
-
Dünya09:46Londonda həyəcan: Kralın bankir qohumu müəmmalı şəkildə öldü
-
Yaxın Şərq09:13Hörmüzdə bu ölkənin tankeri yanır - İran vurub
-
Avropa08:12Avropada poliqonda partlayış - Çox sayda yaralı var
-
Magazin106:16Röya mavi lələkli libasda - FOTO
-
Magazin203:43Həmin adı kürəyinə döydürmüşdü, indi yeni doğulan qızına qoydu - FOTO




















.jpg)

















.jpg)


