MDB
"Meta" Rusiyada daha bir "trol fabriki"ni İFŞA ETDİ
“Meta” şirkəti “Putinin aşpazı” kimi tanınan rusiyalı iş adamı Yevgeni Priqojinin “İnternet Araşdırmalar Agentliyi” ilə əlaqəli “trol fabriki”nin ləğv edildiyini açıqlayıb.
Publika.az xəbər verir ki, bu barədə şirkətin rüblük hesabatında deyilir.
Xüsusilə "Meta", Rusiyanın Ukraynaya təcavüzünün başlamasından bir ay sonra Sankt-Peterburqdakı ofis binasında yerləşən və "Cyber Front Z" adı altında fəaliyyət göstərən "fiziki trol ferması" aşkarladıqlarını bildirib. Trolların hədəf auditoriyası bir sıra sosial şəbəkələrin, xüsusən də "Twitter", "LinkedIn", "Facebook" və "Instagram" istifadəçiləri olub.
""Cyber Front Z", insanları ictimai xadimlərin, jurnalistlərin, siyasətçilərin, Ancelina Coli və Morqan Friman kimi məşhurların sosial şəbəkələrdəki paylaşımlarına Rusiyayönlü şərhlər yazmağa təşviq edən Telegram kanalını idarə edirdi", - Meta qlobal təhlükə kəşfiyyatının rəhbəri Ben Nimmo mətbuat konfransında bildirib.
“Troll fabriki” ilə bağlı hesablar hələ aprel ayında ləğv edilib. Ümumilikdə "Meta" 45 "Facebook" hesabını və 1037 "Instagram" hesabını dondurub. Eyni zamanda, şirkət nümayəndələri şəbəkənin fəaliyyətini “yöndəmsiz” və “səmərəsiz” kimi qiymətləndiriblər.
Əvvəllər bildirilmişdi ki, ABŞ Dövlət Departamenti rusiyalı iş adamı Yevgeni Priqojin, onun “İnternet Araşdırmalar Agentliyi” əlaqədar şəxslər və təşkilatların ABŞ seçkilərinə müdaxiləsi barədə məlumatlara görə 10 milyon dollara qədər mükafat elan edib .
Priqojin “İnternet Araşdırmalar Agentliyi” ilə yanaşı, Ukrayna, Suriya və dünyanın digər ölkələrində hərbi əməliyyatlarda iştirak edən “Vaqner” özəl hərbi şirkəti ilə də əlaqəlidir. ABŞ iş adamının özündən başqa, adıçəkilən təşkilatlarla əlaqəli bir neçə adam axtarır.
Hüseyn İbadlı
-
Qoroskop00:15Günün ulduz falı - Sevgidə diqqət sizə yönələ bilər
-
İdman10 Mart 23:48“Qalatasaray” azarkeşləri Osimheni belə ağlatdılar - Video
-
MDB10 Mart 23:36Arvadının keçmiş ərini beysbol dəyənəyi ilə vəhşicəsinə döydü
-
Region10 Mart 22:36Bayraktar Paşinyanla nüvə enerjisindən danışdı - Foto
-
Sosial10 Mart 21:24Yaşı 60-dan yuxarı olan şəxslərin işdən çıxarılması qadağan edilir? - VİDEO
-
MDB10 Mart 20:50Vahid Ələkbərov Rusiyanın ən varlı üçüncü adamı oldu
-
MDB10 Mart 20:40Rusiya "Starlink"in analoqunu sınaqdan keçirəcək
-
Qarabağ 10 Mart 20:20Nazir Xankəndidə tələbələrlə yallı getdi, tonqaldan tullandı - VİDEO









.jpg)























