MDB
Putinin FTX-dan tələbi məlum oldu
Prezident Putin Rusiya Federal Təhlükəsizlik Xidmətindən şəxsən tələb edib ki, “Azovstal” müdafiəçilərinin əvəzinə Viktor Medvedçuk geri alınsın.
Publika.az xəbər verir ki, bu barədə “Vaşinqton Post” məlumat yayıb.
İddiaya görə, 10 əcnəbi döyüşçünün, o cümlədən 5 komandirin də daxil olduğu 215 əsirlə 55 rusiyalının və Viktor Medvedçukun dəyişdirilməsinin neqativ reaksiyalar doğuracağı bildirilib. Bu mövqeyi FTX də müdafiə edib. Lakin Putin Ukraynadakı ən etibarlı adamı olmuş Medvedçukun geri alınması üçün bu mübadilədə israr edib.
“Vaşinqon Post”a danışan ukraynalı məmurlar rusiyalı əsirlərdən az qala 4 dəfə çox olan ukraynalı əsirləri (onlardan 108-i “Azov” alayı üzvləridir) geri aldıqlarına görə çox seviniblər, FTX isə bundan narazı qalıb.
Bildirilib ki, əsirlərin dəyişdirilməsində rusiyalı oliqarx Roman Abromoviç vasitəçilik edib, Zelenski administrasiyası və FTX rəhbəri ilə müzakirələr aparıb. Ukraynalı məmurlar Putinin buna razı olacağına şübhə ediblər, ancaq Rusiya lideri sədaqətli adamını almaq üçün bu cür mübadiləyə razılaşıb.
Qeyd edək ki, keçmiş xalq deputatı, “Müxalifət Platforması - Həyat naminə” birliyinin liderlərindən Viktor Medvedçuk 21 sentyabrda Rusiya tərəfinə təhvil verilib. (Axar.az)
-
Nida Xəbər 12:00Paşinyandan yeni Konstitusiya ilə bağlı vacib açıqlama: Ən vacib vəzifə Azərbaycanla...
-
Region11:48Ermənistanın 2027-ci il üçün dövlət büdcəsi: Təqaüdlərə 674 milyard, müdafiə xərclərinə...
-
Nida Xəbər 10:18Kredit borcları ilə bağlı hamının gözlədiyi xəbər gəldi - Yeni qərar gözlənilir...
-
Dünya09:42Putin onlara vəd verib: Sizin zənginizə həmişə cavab verəcəyəm
-
Sosial09:36Pensiyaçılarla bağlı yeni vəziyyət yarandı - 200 manat verilir, əvəzində…
-
Dünya08:48Piratlar İranın balıqçı gəmisini ələ keçirdilər - 23 nəfərdən xəbər yoxdur
-
Səhiyyə08:00Optimal qan şəkəri səviyyəsi müəyyən edildi
-
Sağlamlıq07:47Həkim pijamada yatmağın fəsadları barədə xəbərdarlıq etdi













.jpg)






















.jpg)

.jpg)
