MDB
Dumaya 408 deputat gəldi, İLHAQA 413-ü səs verdi…
Dumanın iclasına 408 deputat gəldi - amma yeni Ukrayna ərazisinin ilhaqına 413-ü səs verdi…
Publika.az xəbər verir ki, Rusiya Dövlət Dumasının spiker Vyaçeslav Volodin bunu "texniki nasazlıq"la izah edib.
Rusiya Dövlət Duması (parlamentin aşağı palatası) Ukraynanın Xerson, Zaporojye, Luqansk və Donetsk vilayətlərinin ilhaqı haqqında sazişi ratifikasiya edib. İclasda iştirak edən deputatların hamısı yekdilliklə Ukraynanın bu ərazilərinin Rusiyaya “birləşdirilməsini” nəzərdə tutan qanun layihəsinin lehinə səs verib.
Riqada nəşr olunan “Meduza” nəşri bildirib ki, yekunda Dövlət Dumasında iclasda olduğundan daha çox deputatın “yeni ərazilərin ilhaqına” səs verdiyi üzə çıxıbb. Spiker Vyaçeslav Volodin bunu "texniki nasazlıq"la izah edib
Səsvermə dörd dəfə - hər bir ilhaq edilmiş ərazi üzrə ayrıca keçirilib. Eyni zamanda, Dövlət Dumasının tablosuna əsasən, hər dəfə müqavilənin ratifikasiyasına müxtəlif sayda deputatlar səs veriblər. Baxmayaraq ki, heç kəs sənədin "əleyhinə" səs verməyib və ya bitərəf qalmayıb…
Nəticələr belə görünür:
"DXR"-in "birləşməsi" üçün - 413 səs;
"LXR"-in "birləşməsi" üçün - 412 səs;
Zaporojye vilayətinin “ilhaqı” üçün – 409 səs;
Xerson vilayətinin “ilhaqı” üçün – 411 səs;
❌ Cəmi səs verib - 408 deputat.
Bundan əlavə, "Meduza" ona diqqət çəkib ki, bütün hallarda, yəni hər bir vilayətin ilhaqı ilə bağlı iclasda olduğundan daha çox deputat səs verib. Halbuki, qeydiyyat məlumatlarına görə, oktyabrın 3-də Dövlət Dumasına 408 deputat gəlib. Amma Donetsk vilayətinin ilhaqına 413 deputat səs verib…
(moderator)
-
Dünya13:18Aral gölü necə məhv edildi? - Ekoloji fəlakətə səbəb olan şok faktlar
-
Cənubi Qafqaz11:10Azərbaycan sərhədin bu istiqamətində mövqelərini genişləndirib? - İDDİA
-
Nida Xəbər 10:52Bu şəxslər hərbi xidmət keçmədən “yararlı” bilet ala bilər
-
Sosial10:16Formula-1 zamanı Bakıda bu yollar bağlı olacaq
-
Dünya09:46Londonda həyəcan: Kralın bankir qohumu müəmmalı şəkildə öldü
-
Yaxın Şərq09:13Hörmüzdə bu ölkənin tankeri yanır - İran vurub
-
Avropa08:12Avropada poliqonda partlayış - Çox sayda yaralı var
-
Magazin106:16Röya mavi lələkli libasda - FOTO















.jpg)





















.jpg)


