MDB
Dünyanın gözü Qazaxıstanda: Tokayev 82,45 faizlə qalib gəlir - Ekzitpol
Qazaxıstanda keçirilən prezident seçkilərində hazırkı Prezident Kasım-Jomart Tokayev 82,45 faiz səslə qalib gəlir.
Publika.az xəbər verir ki, bu barədə “Açıq Cəmiyyət” Beynəlxalq Regional Araşdırmalar İnstitutunun ekzitpol nəticələrindən məlum olub.
Ekzitpol göstəricilərinə əsasən, digər namizədlər - Karakat Abden 2,54 faiz səs, Nurlan Auesbaev 2,17 faiz, Jiquli Dayrabayev 3,33 faiz, Meyram Kajıken 2,23 faiz, Saltanat Tursınbekova 2,08 faiz səs toplayıb.
5,2 faiz seçici isə hamıya qarşı olub.
xxx
06:46
Bu gün Qazaxıstanda prezident seçkiləri keçirilir.
Publika.az xəbər verir ki, nu barədə nur.kz məlumat yayıb.
Bildirilib ki, dövlət başçısı postu uğrunda 6 nəfər, o cümlədən hazırkı Prezident Kasım-Jomart Tokayev mübarizə aparır.
Bu il dövlət başçısı 7 il müddətinə seçiləcək, qalib isə yalnız bir dəfə seçilə bilər. Əvvəllər prezident mandatının müddəti beş il idi və dövlət başçısı ardıcıl iki dəfə seçilə bilərdi.
Tokayev (ictimai-siyasi qüvvələrin Xalq Koalisiyası tərəfindən irəli sürülüb) ilə yanaşı, Nurlan Auesbayev (müxalifətdəki Milli Sosial Demokrat Partiyasından namizəd), Meyram Kajıken (Qazaxıstanın "Amanat" Həmkarlar İttifaqları Birliyi) , Jiquli Dayrabayev ("Aul" Xalq Demokratik Vətənpərvər Partiyasından), Karakat Abden (Sosial İşçilər Alyansından), Saltanat Tursınbekova ("Kazak anaları - desturqe jol" İctimai Birliyindən) prezidentlik uğrunda mübarizə aparırlar.
Prezidentliyə namizədlər ilk olaraq Tokioda yaşayan qazaxıstanlılar səs verəcək - saat qurşağı fərqinə görə burada seçki məntəqələri Tokio vaxtı ilə saat 07:00-da, yəni Astana vaxtı ilə saat 04:00-da açılıb.
Ümumilikdə Qazaxıstandan kənarda dünyanın 53 ölkəsində 68 seçki məntəqəsi fəaliyyət göstərir.
XİN daha əvvəl xəbərdarlıq edib ki, Ukraynadakı çətin vəziyyətə görə bu dəfə seçki məntəqələri açılmayacaq - səs vermək istəyən Qazaxıstan Respublikasının vətəndaşları qonşu ölkəyə, məsələn, Polşaya və ya Moldova getməli olacaqlar.
Qazaxıstanda məntəqələr Astana vaxtı ilə səhər saat 07:00-da açılmalıdır. Lakin MSK-nın əvvəlcədən məlumat yayıb ki, 86 seçki məntəqəsi bir saat tez - saat 06:00-da açılıb.
Mənşəyindən, sosial, rəsmi və əmlak vəziyyətindən, cinsindən, irqindən, milliyyətindən, dilindən, dinə münasibətindən, əqidəsindən, yaşadığı yerdən asılı olmayaraq, 18 yaşına çatmış Qazaxıstan Respublikasının hər bir vətəndaşı Qazaxıstanda prezident seçkilərində səs verə bilər .
Hüseyn İbadlı
-
Avto12:44Yeni cərimə - Sabahdan sürücülər elektromobilləri belə park edəcəklər
-
ABŞ12:35Kelli rusiyalı astronavtları oğru adlandırdı
-
İqtisadi gündəm12:24Yağışlar məhsuldarlığa mənfi təsir edib? - Bazarlarda meyvələrin qiyməti(VİDEO)
-
Yaxın Şərq11:53İsrail ordusu bu tarixi məkanı ələ keçirdi
-
Ekologiya11:25Azərbaycanın bu ərazisinə qar yağdı - FAKTİKİ HAVA
-
İKT11:06Uşaqları sosial şəbəkələrdə necə qorumalı? - VİDEO
-
İdman08:12PSJ azarkeşləri ilə polis arasında toqquşmalar: yaralılar var - Yeniləndi
-
Magazin206:16Ulduzların "İtaliya nağılı" - Toyun detalları bəlli oldu


































