MDB
Rusiyada səfərbərlik çağırışı qanunsuz ELAN EDİLDİ
Rusiya məhkəməsi ilk dəfə olaraq qismən səfərbərlik haqqında fərman əsasında hərbi xidmətə çağırışı qanunsuz elan edib.
Publika.az xəbər verir ki, bu barədə vəkil və hüquq müdafiəçisi Pavel Çikov məlumat verib.
"Leninqrad vilayətinin Qatçina məhkəməsi indicə səfərbər olunmuş Pavel Muşumanskinin iddiasını təmin edib və hərbi çağırışı qanunsuz elan edib", - Çikov teleqram kanalında yazıb.
Vəkil izah edib ki, Muşumanski əvvəllər hərbi xidmət əvəzinə alternativ hərbi xidmətdə olub. Səfərbərlik haqqında fərmanla hərbi hissəyə çağırıldıqdan sonra məhkəməyə müraciət edib.
Rusiyada qismən səfərbərlik sentyabrın 21-də prezident Vladimir Putin tərəfindən elan edilib və oktyabrın sonunda Müdafiə Nazirliyi başa çatdığını elan etdi .
Hərbi xidmətə qismən səfərbərlik çərçivəsində 300 min rusiyalı hərbi xidmətə çağırılıb. Onların hamısı artıq lazımi hərbi hazırlıq keçiblər.
Hüseyn İbadlı
-
Kriminal20:12Öldürəndən sonra qızlarını parçalayan ata və ögey anaya hökm oxundu
-
Region19:00Türkiyə Gürcüstan səfirini XİN-ə çağırdı: Batumidəki hadisələrə sərt etiraz
-
Kriminal18:10Sabiq icra başçısı və müavininin məhkəməsi başladı
-
Nida Xəbər 15:20Əli Əsədov qərar imzaladı
-
Region12:42Dramatik hadisələr olur, Cənubi Qafqaz iki hissəyə bölünmə nöqtəsindədir - Krılov
-
Rəsmi xronika11:46Prezidentin sosial şəbəkə hesablarında videoçarx paylaşıldı
-
Dünya11:18Müxalifət razılığa gəldi: Netanyahu hökumətinin sonu yaxınlaşır?
-
Nida Xəbər 11:12BDU-da araşdırma başlayır! - Məleykə Abbaszadə hərəkətə keçdi














.jpg)









.png)












