MDB
Bakı Ukraynaya 1 milyon 422 min manatlıq humanitar yardım göndərdi
Ukrayna tərəfindən daxil olmuş müraciətlərə cavab olaraq, mövcud vəziyyətlə əlaqədar zərər çəkmiş ərazilərin elektrik enerjisi ilə dayanıqlı təchizatının bərpası məqsədilə Azərbaycan tərəfindən əsas elektrik avadanlıqlarından ibarət humanitar yardım karvanının ikinci hissəsi Ukraynaya çatıb.
Publika.az xəbər verir ki, ümumilikdə humanitar yardıma 45 güc transformatoru və 50 generatoru daxildir. Onların ilk hissəsi dekabrın 17-də Ukraynaya daxil olub. Humanitar yardımın ümumi məbləği təxminən 1 milyon 422 min manatdır. Ukraynadakı böhranla bağlı Azərbaycan Respublikasının göstərdiyi humanitar yardımın ümumi məbləği 30 milyon manata yaxındır.
Bu hadisəni şərh edən Ukraynanın energetika naziri German Qaluşenko qeyd edib:
“Mən həmkarım, Azərbaycanın energetika naziri Pərviz Şahbazova operativ reaksiya və səmərəli, vaxtında dəstəyə görə şəxsən öz minnətdarlığımı bildirmək istəyirəm. Ukrayna xalqı ilə həmrəyliyinizə görə minnətdarıq”.
Qeyd edək ki, son 6 ay ərzində müxtəlif qurumlar tərəfindən Ukrayna xalqına humanitar yardım xarakterli xidmətlər göstərilib. Belə ki, müharibədən zərər çəkmiş, ailə üzvlərini itirmiş ümumilikdə 90-a yaxın ukraynalı uşaq tibbi və sosial-psixoloji reabilitasiya məqsədilə ölkəmizə gətirilib. İrpen şəhərində hərbi əməliyyatlar nəticəsində dağılmış Zərifə Əliyeva adına 12 saylı məktəb tam bərpa edilib, humanitar yardım xarakterli müxtəlif tədbirlər həyata keçirilib. (Axar.az)
-
Rəsmi xronika12:50Ərdoğan İlham Əliyevi təbrik etdi
-
Nida Xəbər 12:00Paşinyandan yeni Konstitusiya ilə bağlı mühüm açıqlama: Ən vacib vəzifə Azərbaycanla...
-
Region11:48Ermənistanın 2027-ci il üçün dövlət büdcəsi: Təqaüdlərə 674 milyard, müdafiə xərclərinə...
-
Nida Xəbər 10:18Kredit borcları ilə bağlı hamının gözlədiyi xəbər gəldi - Yeni qərar gözlənilir...
-
Dünya09:42Putin onlara vəd verib: Sizin zənginizə həmişə cavab verəcəyəm
-
Sosial09:36Pensiyaçılarla bağlı yeni vəziyyət yarandı - 200 manat verilir, əvəzində…
-
Dünya08:48Piratlar İranın balıqçı gəmisini ələ keçirdilər - 23 nəfərdən xəbər yoxdur
-
Səhiyyə08:00Optimal qan şəkəri səviyyəsi müəyyən edildi














.jpg)






















.jpg)
.jpg)
