MDB
ŞOK: Kremldən mediaya Azərbaycanla bağlı QADAĞA - VİDEO
Azərbaycana qarşı aqressiya və təhdidə görə Moskva Dövlət Beynəlxalq Münasibətlər İnstitutunun (MDBMİ) Hərbi-Siyasi Araşdırmalar Mərkəzinin aparıcı eksperti vəzifəsindən qovulan Mixail Aleksandrov erməni mediasına sensasiya sayılacaq açıqlama verib.
Publika.az Axar.az-a istinadla xəbər verir ki, o, Rusiyanın kifayət qədər nüfuzlu media qurumuna müsahibə verərkən Azərbaycanla bağlı xəbərdar edildiyini bildirib. Qeyd edib ki, Rusiya mediasına Azərbaycanı tənqid etməmək göstərişi verilib.
Mixail Aleksandrov bu göstərişin kim tərəfindən verildiyini dəqiq bilmədiyini deyib. Ehtimal olaraq ki, “Rusiya mediasına kuratorluq edən” Kremlin mətbuat katibi Dmitri Peskovdan tapşırıq gələ biləcəyini irəli sürüb.
Xatırladaq ki, Mixail Aleksandrov Laçın yolunda Azərbaycan ekoloqlarının dinc aksiyasını şərh edərkən Azərbaycana qarşı düşmənçilik bəyanatları səsləndirmiş və Rusiyanın Bakının neft strukturuna zərbə endirməli olduğunu demişdi. Bu sözlərə görə vəzifəsindən qovuldu, Azərbaycan Baş Prokurorluğu isə onun barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 101.2 (kütləvi informasiya vasitələri ilə təcavüzkar müharibəni başlamağa açıq çağırışlar), 214.2.3 (odlu silahdan istifadə etməklə terrorçuluğun törədiləcəyi ilə hədələmə) və 283.2.1, 283.2.2-ci (qulluq mövqeyindən yararlanaraq zor tətbiq etməklə milli nifrət və düşmənçiliyin salınması) maddələri ilə cinayət işinin başlanması və beynəlxalq axtarışa verilməsi barədə qərar qəbul edib.
-
Qoroskop01:40Günün ulduz falı: Maliyyədə gizli imkanlar üzə çıxacaq
-
Region15 Aprel 21:37Məktəbdə qətliam törədən yeniyetmənin fotosu
-
Region15 Aprel 20:34Ərdoğandan silahlı hücuma reaksiya
-
Sosial15 Aprel 19:30Türkiyədə tütün məhsulları tamamilə qadağan edilir - Növbə Azərbaycandadır?
-
Region15 Aprel 18:50Məktəbdə 9 nəfəri öldürən şagirdin atası saxlanıldı - Əvvəllər yüksək vəzifə tutub...
-
Sosial15 Aprel 17:38Bu qurumda maaşlar artırıldı - Rəsmi
-
Sosial15 Aprel 17:23Əli Əsədov yeni qərar imzaladı
-
Rəsmi xronika15 Aprel 16:29İlham Əliyev uşaqlarla bağlı qanun imzaladı












.jpg)






.jpg)

















