MDB
Lavrov: "XİN vətən və xalq qarşısında öz borcunu həmişə vicdanla yerinə yetirib"
Rusiyanın xarici işlər naziri Sergey Lavrov ABŞ-la hibrid müharibədə rusiyalı diplomatların dözümlülüyündən danışıb.
Publika.az Lenta-ru-ya istinadən xəbər verir ki, onun Diplomatik İşçi Günü münasibətilə təbriki idarənin Teleqram kanalında dərc olunub.
"Bu il biz bayramımızı ABŞ və müttəfiqlərinin ölkəmizə qarşı başlatdığı hibrid müharibəsi fonunda qeyd edirik", - Lavrov vurğulayıb. Eyni zamanda, o, Rusiyanın ağır sınaq saatından daha da güclənərək qalib gələcəyinə əmin olduğunu bildirib.
Xarici İşlər Nazirliyi rəhbəri qeyd edib ki, hazırda bir çox rus diplomatları həyati risk altında və ekstremal şəraitdə işləyirlər. “Xarici İşlər Nazirliyinin kollektivi Vətən və xalq qarşısında öz borcunu həmişə vicdanla və sona qədər yerinə yetirib. Bu dəfə də belə olacaq”, - o, yekunda vurğulayıb.
Aytən Məftun
-
Kriminal20:12Öldürəndən sonra qızlarını parçalayan ata və ögey anaya hökm oxundu
-
Region19:00Türkiyə Gürcüstan səfirini XİN-ə çağırdı: Batumidəki hadisələrə sərt etiraz
-
Kriminal18:10Sabiq icra başçısı və müavininin məhkəməsi başladı
-
Nida Xəbər 15:20Əli Əsədov qərar imzaladı
-
Region12:42Dramatik hadisələr olur, Cənubi Qafqaz iki hissəyə bölünmə nöqtəsindədir - Krılov
-
Rəsmi xronika11:46Prezidentin sosial şəbəkə hesablarında videoçarx paylaşıldı
-
Dünya11:18Müxalifət razılığa gəldi: Netanyahu hökumətinin sonu yaxınlaşır?
-
Nida Xəbər 11:12BDU-da araşdırma başlayır! - Məleykə Abbaszadə hərəkətə keçdi














.jpg)









.png)












