MDB
Ukraynada həlak olan şəhid oğlunun nəşi Azərbaycana gətiriləcək
Ukraynanın Donetsk vilayətinin Baxmut şəhəri ətrafında həlak olan azərbaycanlı hərbçi İlkin Hacızadənin nəşinin Azərbaycana göndərilməsi qərara alınıb.
Publika.az xəbər verir ki, Ukraynanın Vinnitsa vilayəti Azərbaycan Cəmiyyətinin rəhbəri Əliş Səfərovun sözlərinə görə, azərbaycanlı hərbçinin nəşi bu gün Moldova vasitəsilə ilə Azərbaycanın Ucar rayonuna göndərilir.
Hərbçinin nəşinin göndərilməsini Moldovadan Əliş Səfərov və Vinnitsanın azərbaycanlı deputatı Teymur Abuşov təşkil edib.
Əliş Səfərov bildirib ki, azərbaycanlı hərbçi Ucarda dəfn olunacaq.
Qeyd edək ki, Ukraynanın Azərbaycan əsilli hərbçisinin atası Hacı Hacızadə Birinci Qarabağ müharibəsində döyüşərək şəhid olub. İlkin Hacızadə isə uzun müddətdir Ukraynanın Vinnitsa vilayətində yaşayıb və Ukraynada müharibənin ilk günündən döyüşlərə qatılıb. (Report.az)
-
Art19:36Leyla Əliyeva “44”ün təqdimat mərasimindən paylaşım etdi - VİDEO
-
İnanc18:36“Azərbaycanda hicabın qadağan olunmasını heç yerdə görmürəm” - VİDEO
-
Magazin118:24“Bu gün verilən qərarlara görə bir neçə il sonra təşəkkür edəcəksiniz”
-
Nida Təhlil 17:00Məktəbli forması şəxsi seçim deyil, ümumi qaydalarla tənzimlənməlidir - Professor
-
Dünya15:32Bu ehtiyatlar da yoxa çıxır: Dünyanın daha bir ciddi ərzaq böhranı gözləyir
-
Dünya13:38Rusiya geri çəkildi, bu bazarı Türkiyə tutur
-
Rəsmi xronika11:02İlham Əliyevin Laos Prezidenti ilə təkbətək görüşü oldu
-
Nida Xəbər 10:39Pensiya alanların nəzərinə
































