Priqojin yeni mesaj verdi: satqınlarla mübarizə aparmaq...
Bizi izləyin

MDB

Priqojin yeni mesaj verdi: satqınlarla mübarizə aparmaq...

Priqojin yeni mesaj verdi: satqınlarla mübarizə aparmaq...

“Vaqner” qrupunun yaradıcısı Yevgeni Priqojin qiyam cəhdindən sonra ilk dəfə audiomüraciət edib.

Publika.az xəbər verir ki, audiomüraciət “Gray Zone” teleqram kanalında yayılıb.

“Bu gün sizin dəstəyinizə daha çox ehtiyacımız var. Bunun üçün sizə təşəkkür edirəm. İstəyirəm başa düşəsiniz ki, bizim “ədalət yürüşü” satqınlarla mübarizə aparmaq, cəmiyyətimizi səfərbər etmək məqsədi daşıyırdı. Və hesab edirəm ki, biz bunun çoxuna nail ola bilmişik”, - deyə o bildirib. Priqojin yaxın gələcəkdə hamının “növbəti qələbələri cəbhədə” görəcəyinə də əminliyini ifadə edib. O, gələcək planları və harada olması barədə heç nə deməyib.

Xatırladaq ki, Yevgeni Priqojinin başçılıq etdiyi “Vaqner” silahlıları üsyana başlayaraq, iyunun 24-də Rostova daxil olub, daha sonra Moskvaya doğru irəliləsələr də, paytaxta çatmayıblar. İyunun 24-də axşam Priqojin elan etdi ki, Belarus prezidenti Aleksandr Lukaşenko ilə danışıqlardan sonra Moskvaya yürüşü dayandırır və səhra düşərgələrinə qayıdırlar.

Hazırda Priqojinin Belarusda olduğu bildirilir.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm