MDB
Prezident maaşları artırmağı tapşırdı
Rusiya prezidenti Vladimir Putin hökumətə 2024-cü ildə əhalinin real gəlirlərinin artırılmasına xüsusi diqqət yetirməyi tapşırıb.
Publika.az xəbər verir ki, müvafiq göstəriş Kremlin saytında dərc olunub.
“Vətəndaşların real gəlirlərinin artırılması təmin edilsin”, - sərəncamda deyilir.
Sənəddə aztəminatlı vətəndaşlara xüsusi diqqət yetirilməsi tapşırılıb, ümumilikdə sərəncam yoxsulluğun azaldılmasına yönəlib. Qeyd olunub ki, Rusiya hökuməti regional hakimiyyət orqanları və Mərkəzi Bankla birlikdə 2030-cu ilə qədər olan dövr üçün aztəminatlı ailələrin rifahının yaxşılaşdırılmasına və milli təhlükəsizliyin təmin edilməsinə xüsusi diqqət yetirməlidir.
Sərəncamda ölkənin maliyyə, iqtisadi və texnoloji suverenliyinin möhkəmləndirilməsi məsələsinə də toxunulub. Putin Nazirlər Kabinetinə və Rusiya Mərkəzi Bankına beynəlxalq ödənişlərin inkişafına diqqət ayırmağı tapşırıb.
Aytən
-
İdman22:00“Sabah” “Slaviya”nı məğlub edir - CANLI/YENİLƏNİR
-
Art21:48Elxan Müzəffərov vəfat etdi - FOTO
-
Səhiyyə21:36Beyində 539 bölgənin gizli xəritəsi aşkar edildi
-
ABŞ21:12İlon Maskın sevinci cəmi 4 gün çəkdi
-
Art19:36Leyla Əliyeva “44”ün təqdimat mərasimindən paylaşım etdi - VİDEO
-
İnanc18:36“Azərbaycanda hicabın qadağan olunmasını heç yerdə görmürəm” - VİDEO
-
Magazin118:24“Bu gün verilən qərarlara görə bir neçə il sonra təşəkkür edəcəksiniz”
-
Nida Təhlil 17:00Məktəbli forması şəxsi seçim deyil, ümumi qaydalarla tənzimlənməlidir - Professor

































