MDB
Lukaşenko daha 1000 məhkumu əfv edə bilər
Belarus hökuməti yaxın aylarda daha min məhkumu azad edə bilər.
Publika.az xəbər verir ki, bu proqnozu ABŞ Prezidentinin Belarus üzrə xüsusi nümayəndəsi Con Koul açıqlayıb. O bildirib: “Düşünürəm ki, bu, nəinki mümkün, hətta gözləniləndir. Düzgün yoldayıq, impuls var”.
Qeyd edək ki, daha əvvəl Belarus Prezidenti Aleksandr Lukaşenko 123 məhkumu əfv edib.
Minskdə iki gün ərzində Lukaşenko və Koul arasında ikitərəfli münasibətlərin normallaşdırılması məsələləri müzakirə olunub. Danışıqlar bağlı qapı arxasında keçirilib.
Dekabrın 13-də Con Koul bildirib ki, Vaşinqton Prezident Donald Trampın qərarı ilə Belarusun kalium sektoruna tətbiq olunan sanksiyaları aradan qaldırıb.
-
İdman00:45Tanınmış tennisçi futbolçu oldu
-
Magazin100:15Böyük bədənli model dərin dekolteli libasda belə rəqs etdi - VİDEO
-
Qoroskop00:00Üç bürc üçün dönüş nöqtəsi - Gələn həftə nələr baş verəcək?
-
Sosial25 İyul 23:12Mask dünyanın ilk trilyonçusu statusunu itirdi
-
Hadisə25 İyul 20:33Milli Yaylaq Festivalında dörd nəfər xəsarət alıb - Yeniləndi (FOTOLAR)
-
MDB25 İyul 20:15Azərbaycanla Ermənistan arasındakı münaqişənin mənşəyi bizə tam aydın idi - Tokayev
-
İdman25 İyul 19:45Kamilo Duran "Milan"a qol vurdu - VİDEO
-
Avropa25 İyul 19:39İspaniyadan presedentsiz addım - 70 min insan təxliyə edildi






















.jpg)













