MDB
Putin HƏDƏLƏDİ: Hər şey TOZA ÇEVRİLƏCƏK
Rusiya prezidenti Vladimir Putin yeni “Oreşnik” raketinin bəzi xüsusiyyətlərindən danışıb.
Publika.az xəbər verir ki, o, bu açıqlamanı Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) Kollektiv Təhlükəsizlik Şurasının iclasında çıxışı zamanı edib.
"Onlar hətta böyük dərinliklərdə yerləşən yüksək qorunan obyektləri də vura bilirlər. Zərərverici elementlərin temperaturu 4 min dərəcəyə çatır. "Oreşnik"dən partlayışın episentrində olan hər şey elementar hissəciklərə bölünür və əslində toza çevrilir", - Putin həmkarlarının xahişi ilə sınağın təfərrüatlarını açıqlayıb.
"Eyni zamanda, "Oreşnik"in nüvə yükü yoxdur, o, yüksək dəqiqlikli silahdır və kütləvi qırğın silahı deyil", - deyə dövlət başçısı əlavə edib.
Onun sözlərinə görə, bu silahın analoqu yoxdur, olsa da hələ dünya uzun bir zaman gözləməli olacaq.
Adəm Abbaslı
-
Sosial19:00Pensiyalarda ikinci artımı bu şəxslər alacaqlar
-
Nida Xəbər 18:40İşçilər bu halda narkoloji müayinədən keçiriləcəklər
-
Nida Xəbər 15:56Əhaliyə şad xəbər: Qaz və işıq limitlərinə yenidən baxıla bilər
-
Dünya15:38Estoniya Rusiya işğalına hazırlaşır: “Rəqəmsal səfirlik” planı
-
Nida Xəbər 14:48Neçə Milli Qəhrəmanımız sağdır? - SİYAHI
-
MDB14:12Gürcüstan Rusiya ilə barışır: Yaxın günlərdə görüş olacaq
-
Rəsmi xronika13:35Prezident bu sahəyə 1 milyon manat ayırdı
-
Region13:20Ermənistan silahlı qüvvələri “fəhlə-kəndli ordusu”na çevrilir: Manukyan nəyə eyham vurur?












.jpg)





.jpg)


















