MDB
Rusiyaya dost ölkədən böyük zərbə: Putin bunu etməyə məcbur oldu
Rusiya Arktikanın Murmansk şəhəri yaxınlığındakı dünyanın ən böyük mayeləşdirilmiş təbii qaz zavodunun bir hissəsini bağlamağa məcbur olub. Bu addıma səbəb Rusiyanın Ukraynaya müdaxiləsi nəticəsində Qərbin tətbiq etdiyi sanksiyalara görə tələbatın azalmasıdır.
Publika.az xəbər verir ki, bu barədə "The Telegraph" yazır.
"Keçən il tamamlanan və 15 min işçinin işləməsi üçün nəzərdə tutulmuş Belokamensk sahəsi boşdur və əksər podratçılar tərk ediblər", - məlumatda deyilir.
Nəşr qeyd edir ki, Arktikada qaz hasilatının dayandırılması Rusiya prezidenti Vladimir Putin üçün ciddi zərbədir: "Keçən il o, sahəni tikən Novatek şirkətinin rəhbəri Leonid Mixelsonla Belokamenkanın dünyanın “aparıcı sənaye obyekti” olması ilə öyünürdülər. Lakin cəmi bir neçə ay sonra ABŞ Maliyyə Nazirliyi Arctic LNG2-yə qarşı sanksiyalar tətbiq etdi və Avropa Birliyi də analoji tədbirlər gördü. Arctic LNG 2 Qərbi Sibirdə, Salmanovskoye və Geofiziçeskoye yataqlarından hasil edilən qazın ixracı üçün nəzərdə tutulmuş mayeləşdirilmiş təbii qaz zavodudur. Belokamenka gəmiqayırma zavodu Arctic LNG 2 üçün qazın Asiyaya ixrac ediləcəyi emal üçün lazım olan nəhəng dəniz platformalarının tikintisi üçün tikilib".
Bildirilib ki, planlaşdırılan üç platformadan ikisi artıq tikilib. Onların 20 milyon ton qaz hasil edəcəyi gözlənilirdi, amma heç biri işləmir. Üçüncü platforma heç vaxt tikilə bilməz. Beləliklə, Belokamenka əslində lazımsız olub. Media yazır ki, hazırda orada cəmi 500 nəfər qalıb - əsasən mühafizəçilər.
Məlumata görə, Putinin Arktikanın genişləndirilməsi planlarına ən böyük zərbələrdən biri Hindistanın ölkənin Arctic LNG 2-dən qaz almayacağına dair açıqlaması olub.
"Biz heç bir sanksiyaya məruz qalan məhsulu almırıq", - Hindistanın neft naziri Pankaj Jain "Reuters"-ə şərhində deyib.
Akqabay
-
Nida Xəbər 14:37ABŞ-da Azərbaycan bayrağı endirilib? - Dövlət Komitəsindən açıqlama
-
Nida Xəbər 14:31Hafiz Məmmədovun ailəsinin əmlakları ilə bağlı yeni qərar
-
Elm və təhsil13:40“Diplom varsa, avtomatik biliklər də var” - Nazir bu yanaşmanı tənqid etdi
-
İdman12:33Məşhur model futbolçunu "ovlamaq" üçün hər yola əl atdı, amma... - FOTO
-
Elm və təhsil12:27Emin Əmrullayevin oğlu deyilmiş? - Uşaq özü HƏQİQƏTİ AÇIQLADI - VİDEO
-
Nida Xəbər 11:33Muxtar Maniyevin oğlu vəzifədən azad edildi
-
Sosial11:18Prezidentin qızı və gəlini konsertdə - FOTOLAR
-
Tarix10:06Səhranın 125 min il əvvəlki halı: Nəhəng gölün izləri tapıldı - FOTO















.jpg)























