MDB
Rusiyada son 14 ilin ən böyük hərbi səfərbərliyi: Moskva nəyə hazırlaşır?
Rusiyada hərbi xidmətə yaz çağırışı aprelin 1-dən iyulun 15-dək keçirilir.
Publika.az xəbər verir ki, bu il 160 min yeni çağırışçının hərbi xidmətə cəlb olunması planlaşdırılır ki, bu da 2011-ci ilin payızından bəri ən yüksək göstəricidir.
2008-ci ildə xidmət müddəti 12 aya endiriləndə çağırışçıların sayı xeyli artmışdı. 2009-cu ilin yazında 305,6 min nəfərin orduya çağırıldığı zaman pik həddinə çatdı.
Sonrakı illərdə çağırışçıların sayı getdikcə azaldı. Rusiyanın bütün müasir tarixində ən az çağırışçı sayı 2022-ci ilin payızında hərbi xidmətə çağırılıb - 120 min nəfər. Builki yaz çağırışı son 14 ildə ən böyük çağırışdır. Çağırışçıların sayındakı bu artım Rusiya Prezidenti Vladimir Putinin Rusiya Silahlı Qüvvələrinin şəxsi heyətinin mərhələli şəkildə artırılması haqqında fərmanlarının icrası ilə bağlıdır. Əgər 2022-ci ilin əvvəlində Rusiyada 1 milyona yaxın hərbi qulluqçu var idisə, növbəti üç il ərzində bu rəqəmin 1,5 milyona çatdırılması planlaşdırılır.
Tural
-
Region09:18Kremldən Paşinyanla bağlı açıqlama: Yaxın gələcəkdə...
-
Sosial09:00Paytaxtın və iki rayonun bəzi əraziləri işıqsız qalacaq
-
ABŞ08:48Bu adada “çimərlik açarları” yüz minlərlə dollara satılır - Bura iki məşhur ailə “əl qoyub”
-
Ekologiya07:17Şimşək çaxacaq, yağış yağacaq - Bu günün havası
-
Magazin206:16“Sibel Can heç kimlə evlənməyəcək, çünki evlidir”
-
İdman05:15İkiqat Azərbaycan çempionu 52 yaşında vəfat etdi
-
ABŞ02:12Tramp ABŞ Kosmik Qüvvələrinin formasını nümayiş etdirdi - FOTO
-
Sağlamlıq01:41Saqqızı udduqda nə baş verir? - “Mədədə illərlə...”
















.jpg)
















.png)




