MDB
Putin Trampa 5-ci dəfə zəng etdi
Rusiya Prezidenti Vladimir Putin amerikalı həmkarı Donald Trampla telefon danışığı aparıb.
Publika.az xəbər verir ki, bu barədə TASS-a Rusiya liderinin beynəlxalq məsələlər üzrə köməkçisi Yuri Uşakov məlumat verib .
Diplomatın sözlərinə görə, dövlət başçılarının söhbəti 50 dəqiqə davam edib.
"Onların söhbəti mənalı, səmimi və ən əsası çox faydalı oldu.
Siyasətçilər Yaxın Şərqdəki eskalasiyanı, İkinci Dünya Müharibəsi zamanı Rusiya və Amerika xalqlarının silahdaşlığını və Ukraynada nizamlanmanı müzakirə ediblər .
Rusiya tərəfi razılaşdırıldığı kimi, iyunun 22-dən sonra ukraynalılarla danışıqları davam etdirməyə hazır olduğunu bildirib. Donald Tramp bu məlumatı nəzərə alıb və bir daha Rusiya-Ukrayna münaqişəsinə tezliklə son qoyulmasında maraqlı olduğunu qeyd edib", - Uşakov bildirib.
Tramp Ağ Evə qayıtdıqdan sonra liderlər dörd dəfə telefonla danışıblar: 12 fevral, 18 mart, 19 may və 4 iyun. 1 saat 10 dəqiqə davam edən son söhbət zamanı Putin İstanbulda keçirilən Rusiya-Ukrayna danışıqlarının ikinci raundunun nəticələri barədə Trampa ətraflı danışıb.
Hüseyn İbadlı
-
Nida Xəbər 17:44Pənah Hüseyn istefa verdi
-
Region16:19Ter-Petrosyan ahıl yaşında aktiv siyasətə qayıdır?: Sədr seçdilər
-
Digər15:58Sidney terrorunda ölənlərin sayı artdı - VİDEO(YENİLƏNİB)
-
Magazin215:49"Kızılcık şerbeti"nin ulduzu yeni serialda
-
Magazin115:28Fəxrəddin Manafov onun məzarını ziyarət etdi - FOTO
-
Magazin213:19Hollivud ulduzundan maraqlı qərar: Hipnoterapevt sevgilisi ilə...
-
Magazin212:59Podolskaya ideal fiqurasını paylaşdı - FOTO
-
MDB12:38ABŞ-da rus dondurmasını sevirlər?: İdxal üç ilin ən yüksək səviyyəsinə çatdı








.jpg)




























