Tramp sağdır, Rusiya irəliləyir: Medvedevdən Makrona mesaj
Bizi izləyin

MDB

Tramp sağdır, Rusiya irəliləyir: Medvedevdən Makrona mesaj

Tramp sağdır, Rusiya irəliləyir: Medvedevdən Makrona mesaj

Rusiya Təhlükəsizlik Şurasının sədr müavini Dmitri Medvedev bildirib ki, Rusiyanın Ukrayna münaqişəsindəki hərəkətləri və ABŞ prezidenti Donald Trampın sağ olması Almaniya kansleri Fridrix Merts və Fransa prezidenti Emmanuel Makron üçün bəd xəbərdir .

Publika.az xəbər verir ki, Medvedev bu barədə Teleqram kanalında paylaşım edib:

“Trampın sağ olması və Rusiyanın Ukraynada irəliləməsi “qardaş əkizlər” üçün pis xəbərdir”.

Siyasətçi paylaşımında Merts və Makronu “qardaş əkizlər” və “nadir qəribələr” adlandırıb. Həmçinin qeyd edib ki, onlardan biri “intiqam almağa təşnədir”, digəri, “xoruz” isə darvazadakı yırtıcıdan qorxur və Trampı Rusiya prezidenti Vladimir Putinlə şantaj edir.

Qeyd edək ki, Fransa prezidenti bildirib ki, Rusiya lideri Vladimir Putin yaxın gələcəkdə Ukrayna lideri Vladimir Zelenski ilə görüşməsə, Moskva yeni sanksiyalarla üzləşəcək.

“Prezident Putinin prezident Donald Trampa söz verdiyi bu ikitərəfli görüş bazar ertəsinə qədər baş tutmasa, mən hesab edirəm ki, bu, prezident Putinin növbəti dəfə prezident Trampı üstələməsi olacaq”, - Makron deyib.

Tural

Oxumağa davam et
Reklam
Reklam

Gündəm