Ukrayna Kropotkini vurdu: Dəhşətli yanğının VİDEOSU
Bizi izləyin

MDB

Ukrayna Kropotkini vurdu: Dəhşətli yanğının VİDEOSU

Ukrayna Kropotkini vurdu: Dəhşətli yanğının VİDEOSU

Krasnodar diyarının Kropotkin sənaye zonasında transformator yarımstansiyasında yanğın baş verib.

Publika.az Rusiya mətbuatına istinadən xəbər verir ki, buna səbəb əraziyə PUA qalıqlarının düşməsi olub.

80 kvadratmetr sahədə yanğın söndürülüb. Hadisə nəticəsində xəsarət alan olmadığı bildirilib. Hadisə yerində təcili yardım xidmətləri işləyir.

Rusiya Müdafiə Nazirliyinin yaydığı məlumatına görə, hava hücumundan müdafiə sistemləri gecə ərzində bölgə üzərində Ukraynaya məxsus iki pilotsuz təyyarəni vurub: "Dünən də bölgəyə hücum edilib. PUA qalıqları Krasnodar Neft Emalı Zavodunun ərazisinə düşüb. Yanğın baş verib və texnoloji qurğu zədələnib, tələfat olmayıb".

Adəm

Oxumağa davam et
Reklam
Reklam

Gündəm