MDB
Parubiyanın qətlində şübhəli bilinən şəxs saxlanıldı
Ukrayna prezidenti Vladimir Zelenski deputat, Ali Radanın keçmiş sədri Andrey Parubiyanın qətlində şübhəli bilinən şəxsin həbs edildiyini açıqlayıb.
Publika.az xəbər verir ki, bu barədə “Ukrayinska Pravda” məlumat yayıb.
"Ukraynanın daxili işlər naziri İqor Klimenko və Ukrayna Təhlükəsizlik Xidmətinin rəhbəri Vasil Malyuk Andrey Parubiyanın qətlində şübhəli bilinən şəxsin saxlanılması barədə məlumat veriblər. Mən mövcud məlumatları ictimaiyyətə təqdim etməyi tapşırdım. Hüquq-mühafizə orqanlarının əməkdaşlarına operativ və əlaqələndirilmiş işlərinə görə təşəkkür edirəm”, - Zelenski qeyd edib.
Daha sonra o, baş prokuror Ruslan Kravçenko ilə söhbət etdiyini bildirib. "Kravçenko Andrey Parubiyanın qətlində şübhəli bilinən şəxslə bağlı gələcək prosessual addımlar barədə məlumat verib. Şübhəlinin ilk ifadəsi var. Hazırda bu qətlin bütün hallarının müəyyən edilməsi üçün növbəti təxirəsalınmaz istintaq hərəkətləri həyata keçirilir", - Zelenski qeyd edib.
Tural
-
Rəsmi xronika17:07İlham Əliyev sərəncam imzaladı
-
Sosial16:50İran səfiri İlham Əliyevə təşəkkür etdi
-
Sosial15:54Bakı vaxtı ilə saat 13:59-da "Qiyamət"dən mesaj gəldi: Çeçen qızı, aliment...
-
Sosial15:25Bu rayon hərbi komissarlığında əməliyyat keçirildi - İki vəzifəli şəxs saxlanıldı
-
ABŞ14:30FTB şefi sevgilisini qorumaq üçün agent tutub - ABŞ-da qalmaqal
-
MDB13:14Azərbaycanın qonşuluğunda ölkə boyda torpaqlar satışa çıxarıldı - Şok qiymətlər
-
İdman12:58Rəşad Məcidlə Balakişi Qasımov "atışdı": "Qarabağ"a görə - FOTOFAKT
-
Magazin112:53Rəqsanə barəsində qətimkan tədbiri dəyişdirildi





















.jpg)















