MDB
Ana 25 ildən sonra “dirilən” qızına QOVUŞDU
Qazaxıstanda, Ural şəhərində yaşayan bir qadın, doğuşdan sonra həkimlərin “qızın sağ qalmadı” dediyi övladı ilə 25 il ayrılıqdan sonra görüşüb.
Publika.az xəbər erir ki, bu barədə “Uralskaya Nedelya” nəşri məlumat yayıb.
Məlumata görə, 2000-ci ildə 27 yaşlı Karlığaş planlı qeysəriyyə əməliyyatı üçün Uraldakı doğum evlərindən birinə aparılıb. Əməliyyatdan sonra ona qız övladının doğulduğu, lakin sağ qalmadığı bildirilib. Sonradan məlum olub ki, körpə ABŞ-dan olan övladlığa götürən valideynlərə satılıb. Qız böyüyəndə doğum evindən anasının soyadının yazıldığı bir etiket tapıb və bu, onun mənşəyini üzə çıxarıb.
Gənc qız bioloji anasını axtarmağa başlayıb və Karlığaşı tapıb. 2024-cü ilin noyabrında onunla əlaqə saxlayaraq özünün qızı olduğunu deyib. Əvvəlcə Karlığaş tanımadığı birinə inanmayıb, lakin zamanla onların ünsiyyəti artıb və qadın qızının ölmədiyini anlayıb. 2025-ci il avqustun 28-də Karlığaş və həyat yoldaşı oğurlanmış qızları ilə ilk dəfə görüşüblər.
Qazaxıstanda bu iş üzrə cinayət işi açılıb. Şübhəli qismində bir tibb bacısı, baş həkim və nikah xidmətinin əməkdaşı saxlanılıb. Həmin dövrə aid doğum sənədlərinin arxivləri məhv edilib. Şübhəlilər iddia edirlər ki, guya ana uşağından imtina edib, lakin bioloji ana bu iddianı qəti şəkildə rədd edir.
Hüseyn İbadlı
-
Rəsmi xronika17:07İlham Əliyev sərəncam imzaladı
-
Sosial16:50İran səfiri İlham Əliyevə təşəkkür etdi
-
Sosial15:54Bakı vaxtı ilə saat 13:59-da "Qiyamət"dən mesaj gəldi: Çeçen qızı, aliment...
-
Sosial15:25Bu rayon hərbi komissarlığında əməliyyat keçirildi - İki vəzifəli şəxs saxlanıldı
-
ABŞ14:30FTB şefi sevgilisini qorumaq üçün agent tutub - ABŞ-da qalmaqal
-
MDB13:14Azərbaycanın qonşuluğunda ölkə boyda torpaqlar satışa çıxarıldı - Şok qiymətlər
-
İdman12:58Rəşad Məcidlə Balakişi Qasımov "atışdı": "Qarabağ"a görə - FOTOFAKT
-
Magazin112:53Rəqsanə barəsində qətimkan tədbiri dəyişdirildi





















.jpg)















