MDB
Bu şəxslərə 150 min veriləcək
Rusiyada döyüş bölgəsindən qayıtdıqdan sonra sahibkarlıqla məşğul olmaq istəyən müharibə iştirakçılarına 150 000 rubl (təxminə 3160 AZN) ödəniş edilə bilər.
Publika.az xəbər verir ki, Rusiya Dövlət Dumasının LDPR fraksiyasının rəhbəri Vladimir Slutski bu təkliflə çıxış edib.
Ödəniş veteranların biznes fəaliyyəti üçün istifadə edəcəkləri yerləri əlilliyi olan insanlar üçün uyğunlaşdırmaq məqsədilə nəzərdə tutulur: liftlərin quraşdırılması, qapı keçidlərinin genişləndirilməsi və s.
Slutski müvafiq təklifi artıq əmək və sosial müdafiə naziri Anton Kotyakova göndərib. Müharibə iştirakçılarına sahibkarlığın əsaslarını öyrətmək üçün isə pulsuz təlimlər nəzərdə tutulub.
Həmçinin deputat veteranlara sosial müqavilə çərçivəsində öz yaşadıqları yerdə sahibkarlığı inkişaf etdirmək hüququnun verilməsini təklif edib. Pilot layihənin ilk olaraq Lipetsk vilayətində tətbiq edilməsi nəzərdə tutulur.
-
Rəsmi xronika17:07İlham Əliyev sərəncam imzaladı
-
Sosial16:50İran səfiri İlham Əliyevə təşəkkür etdi
-
Sosial15:54Bakı vaxtı ilə saat 13:59-da "Qiyamət"dən mesaj gəldi: Çeçen qızı, aliment...
-
Sosial15:25Bu rayon hərbi komissarlığında əməliyyat keçirildi - İki vəzifəli şəxs saxlanıldı
-
ABŞ14:30FTB şefi sevgilisini qorumaq üçün agent tutub - ABŞ-da qalmaqal
-
MDB13:14Azərbaycanın qonşuluğunda ölkə boyda torpaqlar satışa çıxarıldı - Şok qiymətlər
-
İdman12:58Rəşad Məcidlə Balakişi Qasımov "atışdı": "Qarabağ"a görə - FOTOFAKT
-
Magazin112:53Rəqsanə barəsində qətimkan tədbiri dəyişdirildi





















.jpg)















