Ukraynanın gecə həmləsi: Yanğınlar olub
Bizi izləyin

MDB

Ukraynanın gecə həmləsi: Yanğınlar olub

Ukraynanın gecə həmləsi: Yanğınlar olub

Sentyabrın 4-nə keçən gecə Rusiya hava hücumundan müdafiə qüvvələri irimiqyaslı hava hücumunu dəf edib.

Publika.az xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyi məlumat yayıb.

Bildirilir ki, hava hücumundan müdafiə ekipajları Ukraynaya məxsus 46 təyyarə tipli pilotsuz uçan aparatı məhv ediblər.

Məlumata görə, 24 PUA Rostov vilayətinin ərazisində zərərsizləşdirilib. Daha dörd pilotsuz uçuş aparatı Krasnodar vilayəti, ikisi isə Volqoqrad vilayəti üzərində vurulub. Qara dəniz üzərində isə 16 pilotsuz təyyarə məhv edilib.

Ukraynanın PUA hücumları ilə bağlı Rostov vilayətinin qubernatoru Yuri Slyusar da məlumat verib. O, "Telegram" kanalında deyib: "Qarşı tərəfin kütləvi hücumu dəf edilib. Novoşaxtinsk, Kamensk, Semikarakorsk, Millerovski, Tarasovski, Krasnosulinski, Dubovski və Şoloxovski rayonlarında PUA-lar məhv edilərək, qarşısı alınıb”.

O əlavə edib ki, xəsarət alan olmayıb. Onun sözlərinə görə, Tarasovski, Millerovski və Dubovski rayonlarında dron parçaları düşən ərazilərdə quru otlar yanıb və baş verən yanğınlar söndürülüb.

Adəm

Oxumağa davam et
Reklam
Reklam

Gündəm