Rusiya sərhədində təhlükə: Litvanın bu addımı Moskvanı hərəkətə keçirdi
Bizi izləyin

Dünya

Rusiya sərhədində təhlükə: Litvanın bu addımı Moskvanı hərəkətə keçirdi

Rusiya sərhədində təhlükə: Litvanın bu addımı Moskvanı hərəkətə keçirdi

Litva hakimiyyəti Rusiya ilə sərhəddə hərbi gücünü artırmaq üçün növbəti strateji qərarını verib. Ölkə Seymi (parlamenti) Kalininqrad vilayəti yaxınlığında yerləşən Taurage şəhəri ətrafındakı hərbi poliqonun genişləndirilməsini nəzərdə tutan qanun layihəsini yekdilliklə qəbul edib.

Publika.az xəbər verir ki, parlamentin rəsmi bəyanatında bu obyektin ağır döyüş texnikasının iştirakı ilə keçirilən təlimlər və taktiki manevrlərin icrası üçün nəzərdə tutulduğu bildirilir. Rəsmi Vilnüsün qənaətinə görə, poliqonun böyüdülməsi hərbi təlimlərin ölkə ərazisi üzrə daha bərabər paylanmasına imkan yaradacaq.

Plana əsasən, hərbi obyektin ərazisi təxminən iki dəfə artırılaraq 2 334 hektara çatdırılacaq. Qeyd edək ki, hazırda Litva ordusunun ixtiyarında bu tip 9 hərbi poliqon mövcuddur.

Litvanın bu addımı Rusiya tərəfindən narazılıqla qarşılanıb. Rusiya Təhlükəsizlik Şurası Litva rəhbərliyini Kalininqrad sərhədlərində hərbi infrastrukturu gücləndirməkdə və regionda süni şəkildə gərginlik yaratmaqda ittiham edib.

Müəllif: Adəm

Oxumağa davam et
Reklam
Reklam

Gündəm