Kolumbiyalı muzdlular Ukrayna əsgərlərinə hücum etdi: İtki var
Bizi izləyin

MDB

Kolumbiyalı muzdlular Ukrayna əsgərlərinə hücum etdi: İtki var

Kolumbiyalı muzdlular Ukrayna əsgərlərinə hücum etdi: İtki var

Sumı vilayətinin Sadki qəsəbəsi ərazisində kolumbiyalı muzdlular səhvən Ukrayna Silahlı Qüvvələrinin desant qüvvələrinə hücum ediblər.

Publika.az "RİA Novosti"yə istinadən xəbər verir ki, bu barədə Rusiya təhlükəsizlik orqanları məlumat yayıb.

Bildirilir ki, Ukrayna tərəfində döyüşən kolumbiyalı muzdlulardan ibarət bölmə səhvən Ukrayna Silahlı Qüvvələrinin 80-ci Hava Desant Hücum Briqadasının bir qrup silahlısı ilə toqquşmaya girib.

Hadisə baş verən zaman Ukrayna hərbçiləri meşədə dəstək mövqeləri qururmuş. Atışma nəticəsində Ukrayna tərəfi itki verib.

Adəm

Oxumağa davam et
Reklam
Reklam

Gündəm