Qazaxıstanın xarici işlər naziri saxlanıldı: Çindən qayıdan kimi - FOTO
Bizi izləyin

MDB

Qazaxıstanın xarici işlər naziri saxlanıldı: Çindən qayıdan kimi - FOTO

Qazaxıstanın xarici işlər naziri saxlanıldı: Çindən qayıdan kimi - FOTO

Qazaxıstanın xarici işlər naziri Murat Nurtleu və iş adamı Hacı Hacıyev saxlanılıb.

Publika.az xəbər verir ki, bu barədə “ORDA” “Telegram” kanalı hüquq-mühafizə orqanlarındakı mənbələrə istinadən məlumat yayıb.

Bildirilir ki, xarici işlər naziri Çində keçirilən Şanxay Əməkdaşlıq Təşkilatının (ŞƏT) sammitindən qayıtdıqdan sonra evində saxlanılıb. Onun və Hacıyevin evlərində axtarış aparılıb.

Kanalın məlumatına görə, Qazaxıstan Milli Təhlükəsizlik Komitəsinin (DTK) yüksək vəzifəli şəxsləri də saxlanılıb. Hazırda onların adları dəqiqləşdirilir.

Həmçinin o da məlum olub ki, Rusiya prezidenti Vladimir Putin ŞƏT sammitində qazaxıstanlı həmkarı Qasım-Jomart Tokayevlə təkbətək görüşüb. Onların konkret nəyi müzakirə etdikləri məlum deyil.

Valeh

Oxumağa davam et
Reklam
Reklam

Gündəm