Rusiya AZAL-ın təyyarəsinə görə sığorta ödənişi edib - MƏBLƏĞ AÇIQLANDI
Bizi izləyin

MDB

Rusiya AZAL-ın təyyarəsinə görə sığorta ödənişi edib - MƏBLƏĞ AÇIQLANDI

Rusiya AZAL-ın təyyarəsinə görə sığorta ödənişi edib - MƏBLƏĞ AÇIQLANDI

Rusiya Xarici İşlər Nazirliyi (XİN) 2024-cü il dekabrın 25-də Qazaxıstanın Aktau şəhəri yaxınlığında qəzaya uğramış “Azərbaycan Hava Yolları” QSC-nin sərnişin təyyarəsi ilə bağlı açıqlama yayıb.

Publika.az xəbər verir ki, bu barədə nazirliyin "Telegram" kanalında məlumat verilib.

XİN əlavə edib ki, sığorta ödənişləri Rusiyanın sığorta şirkəti olan “AlfaStrakhovanie” tərəfindən 2025-ci ilin fevralından həyata keçirilib. Onun ümumi məbləği 358,4 milyon rubl (7,4 milyon AZN) təşkil edir. Eyni zamanda, Azərbaycan aviaşirkətinə 1,003 milyard rubl (20 milyon manat) ödənilib ki, bu da təyyarənin tam sığorta dəyərinə uyğundur.

“Təyyarənin xəsarət almış sərnişinlərə və ölənlərin yaxınlarına ümumilikdə 358,4 milyon rubl (7,4 milyon AZN) sığorta ödənişi edilib. 15 Rusiya vətəndaşından 7-si, 38 Azərbaycan vətəndaşından 35-i, Qırğızıstan vətəndaşlarından 3-ü, Qazaxıstan vətəndaşlarından 6-nın hər birinə ödənişlər tam ödənilib. Xəsarət alanlar və mərhumun yaxınları ilə kompensasiya məbləğlərinin tam həlli məqsədilə razılaşdırılması istiqamətində işlər davam edir”- deyə XİN -nin məlumatında bildirlir.

Qeyd edək ki, dekabrın 25-də Azərbaycan Hava Yollarına məxsus Bakı-Qroznı reysini həyata keçirən Embraer sərnişin təyyarəsi Qazaxıstanın Aktau şəhəri yaxınlığında qəzaya uğrayıb. Təyyarədə 5 ekipaj üzvü olmaqla 67 nəfər olub. Qəza nəticəsində Azərbaycan, Rusiya və Qazaxıstan vətəndaşları daxil olmaqla 38 nəfər həyatını itirib.

Hüseyn İbadlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm