MDB
Polşalı casus Belarusda cinayət başında YAXALANDI
Qarşıdan gələn “Qərb-2025” Belarus-Rusiya hərbi təlimləri ilə bağlı məlumat toplayan polşalı casus Belarus xüsusi xidmət orqanları tərəfindən cinayət başında yaxalanıb.
Publika.az xəbər verir ki, bu barədə “Belarus 1” telekanalı məlumat yayıb.
Qeyd olunub ki, Polşa vətəndaşı Qrzeqorz Havel hərbi obyektlərlə bağlı məxfi məlumatları Polşa təhlükəsizlik qüvvələrinə ötürüb. Casusluq maddəsi ilə cinayət işi açılıb.
Saxlanılan şəxsin üzərində məxfi statuslu təlimlərə dair sənədin surəti olan 8 A4 vərəqdən ibarət çap vərəqi aşkar edilib.
News.by portalının məlumatına görə, Havel sosial şəbəkələr vasitəsilə Belarus vətəndaşı ilə əlaqə yaradıb və ona Polşa xüsusi xidmət orqanlarının maraqları naminə əməkdaşlıq təklif edib. Həmin şəxs komandanlıq heyəti, eləcə də hərbi əks-kəşfiyyat zabitləri haqqında məxfi məlumatları toplamalı və Havelə verməli idi. Məlumatın ötürülməsi üçün polyak hər ay pul köçürəcəyini vəd edib.
Lakin Polşa vətəndaşı məxfi sənəd alarkən Belarus əks-kəşfiyyatının əməkdaşları tərəfindən saxlanılıb.
Hüseyn İbadlı
-
Sosial15:54Bakı vaxtı ilə saat 13:59-da "Qiyamət"dən mesaj gəldi: Çeçen qızı, aliment...
-
Sosial15:25Bu rayon hərbi komissarlığında əməliyyat keçirildi - İki vəzifəli şəxs saxlanıldı
-
ABŞ14:30FTB şefi sevgilisini qorumaq üçün agent tutub - ABŞ-da qalmaqal
-
MDB13:14Azərbaycanın qonşuluğunda ölkə boyda torpaqlar satışa çıxarıldı - Şok qiymətlər
-
İdman12:58Rəşad Məcidlə Balakişi Qasımov "atışdı": "Qarabağ"a görə - FOTOFAKT
-
Magazin112:53Rəqsanə barəsində qətimkan tədbiri dəyişdirildi
-
Sosial12:43TƏBİB-dən yeni təyinatlarla bağlı rəsmi açıqlama
-
Nida Təhlil 12:12Bəşəri cinayət: İşğal dövründə mədəni irsimiz məqsədli şəkildə məhv edilib















.webp)





.jpg)
















