Sverdlovskda dəhşətli faciə - 3 uşaq yanaraq öldü
Bizi izləyin

MDB

Sverdlovskda dəhşətli faciə - 3 uşaq yanaraq öldü

Sverdlovskda dəhşətli faciə - 3 uşaq yanaraq öldü

Rusiyanın Sverdlovsk vilayətində dəhşətli faciə baş verib.

Publika.az xəbər verir ki, bu barədə Rusiya Fövqəladə Hallar Nazirliyinin mətbuat xidməti məlumat yayıb.

Bildirilib ki, Beloyarski rayonunun Zlatoqorova kəndindəki bağ evində baş verən yanğında beş, yeddi və on bir yaşlı üç uşaq yanaraq ölüb.

Qeyd edilib ki, 60 kvadratmetr sahədə yanğın qısa zamanda söndürülüb, alovun qonşu tikililərə keçməsinin qarşısı alınıb.

Yanğın zamanı evdə çoxuşaqlı ailə - valideynlər və 7 uşaq olub. Xilasedicilər gələnə qədər böyüklər və dörd azyaşlı özlərini təxliyə edə bilib. Üç uşaq müayinə olunmaq üçün tibb müəssisəsinə aparılıb.

Hadisə yerində Fövqəladə Hallar Nazirliyinin psixoloqları işləyir, zərərçəkənlərə yardım göstərirlər.

Yanğının ilkin səbəbi kimi elektrik avadanlıqlarının fövqəladə iş rejimi göstərilib. Şöbə xüsusi olaraq qeyd edib ki, evdə yanğın siqnalizasiyası - tüstü aşkar edildikdə səsli siqnalla təhlükə barədə operativ xəbərdarlıq etməyə qadir cihaz olmayıb.

Hüseyn İbadlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm