MDB
Rusiyada yaşayan azərbaycanlıların nəzərinə: Bunun üçün pul ödəyəcəklər
Rusiyalı deputatlar Sergey Neçayev, Sardana Avksentyeva və Amir Xamitov ölkədə işləməyən miqrant ailə üzvlərinin (həyat yoldaşları və uşaqları) qalmasını ödənişli etmək təklifi ilə çıxış ediblər.
Publika.az xəbər verir ki, onlar artıq bununla bağlı daxili işlər naziri Vladimir Kolokoltsevə müraciət göndəriblər.
Parlamentarilərin fikrincə, təşəbbüs qanuni məşğulluğu stimullaşdıracaq, büdcəyə yeni gəlirlər gətirəcək və dövlət və cəmiyyətin maraqları arasında tarazlığı saxlamağa imkan verəcək.
Bundan əvvəl “Ədalətli Rusiya” partiyasının sədri Sergey Mironov miqrantlardan “deportasiya depoziti” alınması təşəbbüsünü irəli sürmüşdü. Bu depozit miqrantın qaydaları pozaraq ölkədən çıxarılması zamanı dönüş biletinə sərf olunmalı idi. Mironov həmçinin miqrantların Rusiyada ailəsiz, yalnız vahid iş metodu ilə işləməsinin daha məqsədəuyğun olduğunu bildirmişdi.
Qeyd edək ki, Rusiyada isə 2 milyondan çox azərbaycanlı yaşayır.
-
Sosial15:54Bakı vaxtı ilə saat 13:59-da "Qiyamət"dən mesaj gəldi: Çeçen qızı, aliment...
-
Sosial15:25Bu rayon hərbi komissarlığında əməliyyat keçirildi - İki vəzifəli şəxs saxlanıldı
-
ABŞ14:30FTB şefi sevgilisini qorumaq üçün agent tutub - ABŞ-da qalmaqal
-
MDB13:14Azərbaycanın qonşuluğunda ölkə boyda torpaqlar satışa çıxarıldı - Şok qiymətlər
-
İdman12:58Rəşad Məcidlə Balakişi Qasımov "atışdı": "Qarabağ"a görə - FOTOFAKT
-
Magazin112:53Rəqsanə barəsində qətimkan tədbiri dəyişdirildi
-
Sosial12:43TƏBİB-dən yeni təyinatlarla bağlı rəsmi açıqlama
-
Nida Təhlil 12:12Bəşəri cinayət: İşğal dövründə mədəni irsimiz məqsədli şəkildə məhv edilib















.webp)





.jpg)
















