MDB
Zelenskidən seçkilərlə bağlı mühüm açıqlama
Ukrayna prezidenti Vladimir Zelenski Ali Rada tərəfindən hərbi vəziyyət şəraitində prezident seçkiləri ilə bağlı qanun layihəsinin hazırlanması vədinin hazırlanmasında irəliləyişin olmadığını etiraf edib.
Publika.az xəbər verir ki, bu barədə "Novosti LIVE" məlumat yayıb.
“Bildiyim qədərilə, hələ ki, yox”, - deyə Zelenski deputatların seçki qanunvericiliyi ilə bağlı hər hansı irəliləyişə nail olub-olmaması barədə sualı cavablandırarkən bildirib.
Eyni zamanda, Zelenski iddia edir ki, bütün siqnalları xalq deputatlarına çatdırıb.
Məlumata görə, Zelenski prezident seçkilərinə hazır olduğunu bildirib və onlayn səsvermə formatını dəstəklədiyini qeyd edib. Lakin o, yaxın gələcəkdə yerli və ya parlament seçkilərinin keçirilməsi ehtimalını istisna edib.
Ukrayna mediası qeyd edir ki, onlayn səsvermə Zelenskinin seçkilərdə qalib gəlməsinə imkan verəcək. Müxalifət bu cür seçkilərə qarşı çıxır və iddia edir ki, bu cür səsverməni idarə etmək mümkün deyil.
Adəm
-
Hadisə20:33Milli Yaylaq Festivalında dörd nəfər xəsarət alıb - Yeniləndi (FOTOLAR)
-
MDB20:15Azərbaycanla Ermənistan arasındakı münaqişənin mənşəyi bizə tam aydın idi - Tokayev
-
İdman19:45Kamilo Duran "Milan"a qol vurdu - VİDEO
-
Avropa19:39İspaniyadan presedentsiz addım - 70 min insan təxliyə edildi
-
Hadisə19:15Şəhid anası vəfat etdi - FOTO
-
Hadisə19:00Müharibə veteranı vəfat etdi - FOTO
-
Elm və təhsil18:09Bakı Qızlar Universiteti bağlanır? - Diplom məsələsi necə olacaq?-VİDEO
-
Region16:21Ermənistanda doğum sayı azaldı























.jpg)













