MDB
Lukaşenkodan MÜHARİBƏ MESAJI: “Oreşnik”lər döyüş vəziyyətinə gətirildi, on minlərlə rus hərbçisi...
““Oreşnik” raket kompleksi ölkədə döyüş növbətçiliyinə başlayır”.
Publika.az xəbər verir ki, "BelTA"ya istinadla xəbər verir ki, bunu Belarus Prezidenti Aleksandr Lukaşenko ölkə xalqına və parlamentə müraciətində bildirib.
“Strateji müdafiəmizi ilk növbədə Rusiya Federasiyası ilə hərbi əməkdaşlığımız təmin edir. Belarus və Rusiya strateji çəkindirmə tədbirləri kompleksini həyata keçirir. Bu, ərazimizdə Rusiya qoşunlarının Regional qruplaşmasının yerləşdirilməsini nəzərdə tutur: əgər münaqişə kəskinləşərsə, Rusiyanın qərbindən on minlərlə hərbçi ikinci eşelon kimi dərhal hərbi əməliyyatlara qoşulacaq”, – deyə Lukaşenko vurğulayıb.
O, həmçinin Belarusda taktiki nüvə silahlarının da yerləşdirildiyini xatırladıb.
“Bundan əlavə, “Oreşnik” raket kompleksi üçün ilk mövqelər hazırlanıb. O, dünəndən etibarən bizdədir və döyüş növbətçiliyinə başlayır”, – deyə BelarusPprezidenti qeyd edib.
Aleksandr Lukaşenko Belarusda bu cür güclü silahların yerləşdirilməsinin zəruriliyinə şübhə ilə yanaşanların tənqidlərinə cavab verərək bildirib ki, bu cür obyektlər hücum edən tərəf üçün birinci dərəcəli hədəfdir və ölkə indi nişangahda olacaq.
“Bu cür söhbətlərə aldanmayın”, – deyə o, xalqı səbirli olmağa çağırıb.
Prezident Belarus Atom Elektrik Stansiyasının tikintisi ilə bağlı da oxşar nümunə gətirib. O bildirib ki, əvvəlcə bu qərar həm ölkə daxilində, həm də qonşular tərəfindən tənqid olunurdu. İndi isə Litva da öz AES-inə maraq göstərir, Polşa isə iki atom obyektinə sahib olmağı planlaşdırır. Almaniya və Fransa isə öz atom stansiyalarını tam şəkildə yenidən işə salıblar.
“Ona görə də bu söhbətlərə aldanmayın ki, guya nüvə silahı yerləşdirilib və bu obyektlərə zərbələr endiriləcək. Bəs əgər bizə qarşı müharibə aparılsa, bizi sığallayacaqlarmı? Əksinə, bizə zərbələr endiriləcək. Və bu zərbələr, necə ki indi dəbdədir, qərar qəbuletmə mərkəzlərinə yönələcək. Ona görə də biz müharibənin qarşısını almaq üçün əlimizdən gələni edirik”, – deyə Lukaşenko bildirib.
Hüseyn İbadlı
-
Region15:38Paşinyan bu dəfə xanım jurnalistlə mübahisə etdi: Sus, yoxsa qovulacaqsan
-
Nida Xəbər 14:24Azərbaycandan qayıdan Türkiyə təyyarəsini İsrail vurub?
-
Rəsmi xronika13:56Prezident onları qəbul etdi - YENİLƏNDİ
-
Nida Xəbər 13:06Xanımı Polad Həşimovun həmin fotosunu paylaşdı...
-
Nida Xəbər 12:32Bu, Ankara və Bakı üçün müstəqil bir dəyərdir və çox əvvəl hazırlanıb - Moskvadan etiraf
-
Yaxın Şərq10:26Trampın çıxışı İsraili təşvişə saldı: Bu ölkələr İrandan asılı vəziyyətə düşəcək
-
MDB09:30Rusiyadan Ermənistana dəmir yolu ilə bağlı təhdid: Nəticəsi acınacaqlı olacaq
-
Dünya08:4954 illik fasilədən sonra aya ilk uçuş gerçəkləşdi







































