MDB
Trampın ən güclü silahından DANlŞDI - “O, bizim adamımızdır”
Belarus Prezidenti Aleksandr Lukaşenko ABŞ Prezidenti Donald Trampın həyat yoldaşı Melaniyanı onun “ən güclü silahı” adlandırıb.
Publika.az xəbər verir ki, bu barədə TASS məlumat yayıb.
“Mən ABŞ Prezidentinin Belarus üzrə xüsusi nümayəndəsi Con Koula dedim — Trampa çatdır ki, niyə malik olduğu ən güclü silahı, Melaniyanı istifadə etmirsiniz? O, bizim adamımızdır, slavyandır. O, çox şey edə bilərdi, bu baxımdan ondan istifadə etmək lazımdır”, – deyə Lukaşenko VII Ümumrespublika Belarus Xalq Yığıncağının nümayəndələri ilə söhbətində bildirib.
Belarus lideri əlavə edib ki, Koul bu sözlərə cavab olaraq ona baxıb və gülümsəyib. Lukaşenko isə həmin an bu təklifin birmənalı qarşılanmaya biləcəyini düşünüb, çünki Trampın qısqanclıq səbəbilə danışıqları və münasibətləri pozmaq ehtimalı nəzərdən qaçırılmamalıdır. Bununla belə, o qeyd edib ki, Melaniya Trampın siyasi qərarların qəbulunda daha fəal iştirak etməsini təklif edib və bu, onun fikrincə, Tramp üçün pis olmazdı.
Dekabrın 18-də Lukaşenko özünü Donald Trampın prezidentliyə namizədliyini açıq şəkildə dəstəkləyən yeganə siyasətçi adlandırıb. O, ABŞ Prezidentini güclü fiqur kimi xarakterizə edib və Trampın təşəbbüsü ilə Rusiya, Çin, Yaponiya, ABŞ və Hindistandan ibarət “böyük beşlik” bloku yaradılarsa, dünyanın tamamilə fərqli olacağını bildirib.
Hüseyn İbadlı
-
Hadisə20:33Milli Yaylaq Festivalında dörd nəfər xəsarət alıb - Yeniləndi (FOTOLAR)
-
MDB20:15Azərbaycanla Ermənistan arasındakı münaqişənin mənşəyi bizə tam aydın idi - Tokayev
-
İdman19:45Kamilo Duran "Milan"a qol vurdu - VİDEO
-
Avropa19:39İspaniyadan presedentsiz addım - 70 min insan təxliyə edildi
-
Hadisə19:15Şəhid anası vəfat etdi - FOTO
-
Hadisə19:00Müharibə veteranı vəfat etdi - FOTO
-
Elm və təhsil18:09Bakı Qızlar Universiteti bağlanır? - Diplom məsələsi necə olacaq?-VİDEO
-
Region16:21Ermənistanda doğum sayı azaldı






















.jpg)













