MDB
Rusiya silkələndi: Ard-arda iki güclü zəlzələ
Sakit okeanda yerləşən Kuril adaları sahillərində iki zəlzələ baş verib.
Publika.az xəbər verir ki, bu barədə "RİA Novosti" məlumat yayıb.
Yujno-Saxalinsk seysmik stansiyasının rəhbəri Yelena Semenovanın dediyinə görə, zəlzələlər 19 dekabrda gecə qeydə alınıb. Birinci zəlzələnin gücü 4,9, sonrakı zəlzələ isə 4,6 bal olub. Seysmoloqlar bunları əhəmiyyətli hadisələr hesab edirlər.
"Zəlzələlərin episentrləri Şikotan adasındakı Malokurilskoye kəndindən 78 və 139 kilometr cənub-şərqdə yerləşir. Rusiya bölgəsində baş verən hər iki zəlzələ Şikotan adasında 2-3 bal gücündə hiss olunub. Tələfat və ya dağıntı barədə məlumat yoxdur və sunami təhlükəsi barədə heç bir məlumat verilməyib", - deyə Semenova bildirib.
Qeyd edək ki, bir gün əvvəl Kamçatkanın şərq sahili yaxınlığında güclü zəlzələ baş verib. Zəlzələnin gücü 6,6 bal gücündə idi. Zəlzələnin episentri Petropavlovsk-Kamçatskdən 99 kilometr cənub-şərqdə, ocağı isə 41 kilometr dərinlikdə yerləşib. Zəlzələ nəticəsində ölən və ya infrastruktur ziyanı barədə məlumat verilməyib.
Adəm
-
Hadisə20:33Milli Yaylaq Festivalında dörd nəfər xəsarət alıb - Yeniləndi (FOTOLAR)
-
MDB20:15Azərbaycanla Ermənistan arasındakı münaqişənin mənşəyi bizə tam aydın idi - Tokayev
-
İdman19:45Kamilo Duran "Milan"a qol vurdu - VİDEO
-
Avropa19:39İspaniyadan presedentsiz addım - 70 min insan təxliyə edildi
-
Hadisə19:15Şəhid anası vəfat etdi - FOTO
-
Hadisə19:00Müharibə veteranı vəfat etdi - FOTO
-
Elm və təhsil18:09Bakı Qızlar Universiteti bağlanır? - Diplom məsələsi necə olacaq?-VİDEO
-
Region16:21Ermənistanda doğum sayı azaldı






















.jpg)













