MDB
"Pis, çox pis, ya da heç nə" - Ukrayna üçün ağır seçim
Ukrayna pis sülh müqaviləsi bağlamalı və ya müharibəni davam etdirməli olacaq.
Publika.az “İnterfaks-Ukrayna” agentliyinə istinadən xəbər verir ki, bunu Ukrayna Ali Radasının hakim “Xalqın Xidmətçisi” fraksiyasının rəhbəri David Araxamiya bildirib.
"Başa düşürük ki, hələ də müqavilənin bəzi fantastik şərtlərində israr etməli olduğumuza inananlar çoxdur. Belə ki, sülh müqaviləsi ya pis, ya da çox pis olacaq, ya da heç baş tutmayacaq", - deyə Araxamiya vurğulayıb.
O hesab edir ki, ABŞ-ın hazırkı təzyiqi altında sülh razılaşmasına nail olmaq şansı var, lakin amerikalılar olmadan heç bir şans olmayacaq - yalnız problemin hərbi həlli olacaq.
Onun sözlərinə görə, iki ağrılı məqam qalır: Ukrayna üçün təhlükəsizlik zəmanətləri və Rusiyanın bütün Donbası təhvil vermək tələbi. "Burada qırmızı xəttimiz var: Donbasımızı təhvil verə bilmərik", - Araxamiya bildirib.
O əlavə edib ki, Qərb ölkələrinin Ukraynaya NATO-nun 5-ci maddəsinə bənzər təhlükəsizlik zəmanətləri vermək təklifini zəif hesab edir, çünki hərbi təcavüz halında NATO ölkələri 72 saat ərzində görüşməli və məsləhətləşmələr aparmalıdırlar.
Adəm
-
Hadisə20:33Milli Yaylaq Festivalında dörd nəfər xəsarət alıb - Yeniləndi (FOTOLAR)
-
MDB20:15Azərbaycanla Ermənistan arasındakı münaqişənin mənşəyi bizə tam aydın idi - Tokayev
-
İdman19:45Kamilo Duran "Milan"a qol vurdu - VİDEO
-
Avropa19:39İspaniyadan presedentsiz addım - 70 min insan təxliyə edildi
-
Hadisə19:15Şəhid anası vəfat etdi - FOTO
-
Hadisə19:00Müharibə veteranı vəfat etdi - FOTO
-
Elm və təhsil18:09Bakı Qızlar Universiteti bağlanır? - Diplom məsələsi necə olacaq?-VİDEO
-
Region16:21Ermənistanda doğum sayı azaldı























.jpg)













