MDB
Qonşu ölkədə sərçələr siyahıya alınacaq - Sayları 208 mini ötdü
Rusiyada 7-15 fevral tarixlərində sərçələrin ümumrusiya siyahıyaalınması keçiriləcək.
Publika.az xəbər verir ki, bu barədə Rusiya Quşların Mühafizəsi İttifaqının üzvü Anna Mostovaya "RİA Novosti" agentliyinə müsahibəsində bildirib.
Ekspertin sözlərinə görə, həm ev, həm də çöl sərçələrinin iştirak etdiyi bu monitorinq hər il iki mövsümdə - fevral və avqust aylarının ikinci və üçüncü həftəsonlarında aparılır. Fevral ayı sərçələri saymaq üçün ən əlverişli vaxtdır, çünki bu dövrdə onlar kolluqların üzərində toplaşaraq ucadan cikkildəşirlər və hələ çoxalma dövrünə başlamayıblar.
"Sərçələrin və digər quşların yaşaması üçün insanların qayğısı və onların yaşayış mühitinə şüurlu yanaşma çox vacibdir", - deyə mütəxəssis vurğulayıb.
2025-ci ilin qış siyahıyaalınmasının nəticələrinə görə, Rusiyada qeydə alınan sərçələrin sayı təxminən 208 min fərd təşkil edib. Bu isə 2024-cü ilin göstəriciləri ilə müqayisədə 25% artım deməkdir. Əsas populyasiya bu bölgələrdə cəmləşib:
Sankt-Peterburq və Moskva şəhərləri;
Moskva, Volqoqrad və Ryazan vilayətləri.
Təhlükə varmı?
Dünyanın bir çox ölkəsində ev sərçələrinin sayında kəskin azalma müşahidə olunsa da, Rusiyada hələlik tam mənzərə bəlli deyil. Mostovaya qeyd edib ki, vəziyyəti dəqiq qiymətləndirmək üçün 10-15 illik ardıcıl monitorinq nəticələri lazımdır.
Hüseyn İbadlı
-
Region12:22Nəsimi Musayev Ermənistanda Robert Köçəryanla qonşu kamerada saxlanılır
-
Region11:16Ermənistanda həbsdə olan müxalifətçinin halı pisləşdi, həkimləri buraxmadılar - Öldü
-
Region10:58Rus turistlərin üz tutduğu ölkələr: Ermənistana səfərlər kəskin artıb
-
Nida Xəbər 10:19XİN Polşa və Anqolanı təbrik etdi
-
Dünya10:03Tehranda Netanyahunun oxşarı tapıldı: Ara qarışdı - FOTO
-
Magazin208:36Məşhur aktyor ürək çatışmazlığından vəfat etdi - FOTO
-
Ekologiya07:17Bu gün yağış yağacaq - PROQNOZ
-
İdman06:46Fransa millisinin yarımmüdafiəçisi zədələndi




















.jpg)
.png)















