MDB
Polislərə hücumun təfərrüatı: Moskva “Ukrayna izi” tapdı
Dünən gecə Moskvanın Savelovski stansiyası yaxınlığında partlayış olduğu, bir yol polisi əməkdaşının öldüyü, iki nəfərin yaralandığı barədə məlumat vermişdik.
Publika.az xəbər verir ki, Rusiya İstintaq Komitəsi (İK) hadisənin təfərrüatlarını açıqlayıb.
Departamentin məlumatına görə, çərşənbə axşamı, 24 fevral gecəsi Savelovski Stansiyası meydanında növbətçi olan üç polis məmuruna yaxınlaşan bir kişi intihar bombasını partladıb. Nəticədə bir yol polisi əməkdaşı həlak olub, iki nəfər yaralanıb. Partlayışı törədən şəxs də sağ qalmayıb.
İlkin məlumata görə , partlayıcı qurğunu törədən şəxs Rusiya vətəndaşı olub və Ukrayna kəşfiyyat xidmətlərinin əmri ilə hərəkət edib. Avtomobili partlatmaq üçün istifadə edilən əldəqayırma partlayıcı qurğu təxminən 300 qram trotil ekvivalentində olub.
Rusiya Daxili İşlər Nazirliyinin sözçüsü İrina Volkun sözlərinə görə , partlayış nəticəsində baş polis leytenantı Denis Bratuşçenko həlak olub. O, Daxili İşlər Nazirliyinin Moskva Baş İdarəsinin Şimal-Şərq İnzibati Dairəsi üzrə Daxili İşlər İdarəsinin Dövlət Yol Müfəttişliyinin ayrıca yol patrul batalyonunda baş inspektor vəzifəsində çalışıb. Xəsarət alan yol polisi əməkdaşlarının xəstəxanada ağır vəziyyətdə olduqları bildirilir. Onların ayaqlarında, qollarında və bədənində çoxsaylı qəlpə yaraları var. Partlayış zamanı onlar avtomobildə olublar.
Tural
-
Qoroskop00:00Günün ULDUZ FALI - Bir qohumdan gələn xoş xəbər sizi sevindirəcək
-
Magazin229 Oktyabr 23:40Paparazzilər məşhur cütlüyün əkizlərini görün harada yaxaladılar - FOTO
-
Hadisə29 Oktyabr 22:36“Uşağımı canlı verdim, ölü aldım” - Dayə haqda şok iddia / VİDEO
-
Art29 Oktyabr 22:00Azərbaycan Rəngkarlığı Muzeyində "ENQRAM" sərgisi açıldı - FOTO
-
Nida Xəbər 29 Oktyabr 21:24Ceyhun Bayramovdan diqqətçəkən jest: Özbəkistanın birinci xanımına kömək etdi - VİDEO
-
Sosial29 Oktyabr 20:48Bəzi ödənişlərdə xidmət haqqı LƏĞV EDİLİR
-
Hadisə29 Oktyabr 20:24Zəhərləndiyi iddia edilən şagirdlərdə rotavirus aşkarlandı - YENİLƏNDİ
-
Sosial29 Oktyabr 20:12Azərbaycanda “rayon” sözü hansı sözlə əvəzlənə bilər? - Yeni təkliflər












.jpg)























.jpg)
.jpg)