MDB
Deputat təhdid olundu: "Dedi polisəm, biri isə silahını arxasında gizlədərək..."
Ukraynada deputatı məcburi müharibəyə aparmaq istəyiblər.
Publika.az xəbər verir ki, Ali Radada hakim "Xalqın xidmətçisi" partiyasını təmsil edən Roman Kaptelov Teleqram kanalında diqqət çəkən paylaşım edib. Deputat maskalı şəxslərin onu Dnepr şəhərində təhdid altında səfərbər etməyə çalışdıqlarını yazıb.
Parlamentarinin sözlərinə görə, onu axşam saatlarında Yavornitski prospektində saxlayıblar. Əvvəlcə deputatın yanında avtobus dayanıb və oradan maskalı şəxslər düşüblər.
"Onlara polis çağırmağı da təklif edəndə bu şəxslərdən biri özünü polis əməkdaşı kimi təqdim etdi. Digər maskalı şəxslər isə özlərini təqdim etmədilər. Heç bir sənəd də təqdim etmədilər", - Kaptelov yazıb.
Siyasətçi iddia edib ki, həmin insanları səfərbər edən qupda olanlardan biri əlini arxasında gizlədirmiş və onun əlində tapança olub. O, deputatı ehtiyac yaranacağı təqdirdə silahdan istifadə edəcəyi, eləcə də fiziki zorakılıqla hədələyib.
Kaptelov həmçinin qeyd edib ki, Ukraynada bu cür hadisələr hər gün baş verir. Buna görə də, parlamentari ölkə hakimiyyətini mövcud vəziyyəti dərhal həll etməyə çağırıb.
"Artıq dözmək olmur. Hər gün eyni şey baş verir: qara maskada, sənədsiz və özlərini təqdim etməyən, silahlı olan bu adamlar vətəndaşları qorxudur və alçaldırlar", - deyə deputat əlavə edib.
Tural
-
Hadisə22:36“Uşağımı canlı verdim, ölü aldım” - Dayə haqda şok iddia / VİDEO
-
Art22:00Azərbaycan Rəngkarlığı Muzeyində "ENQRAM" sərgisi açıldı - FOTO
-
Nida Xəbər 21:24Ceyhun Bayramovdan diqqətçəkən jest: Özbəkistanın birinci xanımına kömək etdi - VİDEO
-
Sosial20:48Bəzi ödənişlərdə xidmət haqqı LƏĞV EDİLİR
-
Hadisə20:24Zəhərləndiyi iddia edilən şagirdlərdə rotavirus aşkarlandı - YENİLƏNDİ
-
Sosial20:12Azərbaycanda “rayon” sözü hansı sözlə əvəzlənə bilər? - Yeni təkliflər
-
Sosial19:12Sabah bu rayonların bəzi ərazilərində qaz olmayacaq
-
İdman18:48“Qızıl top”un bütün dövrlər üzrə qalibi seçilən Ronaldo azarkeşlərə belə təşəkkür etdi




































.jpg)
.jpg)