MDB
Ukraynaya bir həftədə 1450 aviabomba, 1640-dan çox dron atıldı
Rusiya bizim enerji infrastrukturumuza zərbələr endirməyi dayandırsa, Ukrayna da Rusiyanın neft emalı zavodlarına zərbələri dayandırmağa hazır olacaq.
Publika.az xəbər verir ki, bu barədə Ukrayna Prezidenti Volodimir Zelenski "Telegram" kanalında bildirib.
O həmçinin Rusiyanın son hücumlarının fəsadlarını və itkiləri açıqlayıb:
"Yalnız bu gün səhər Zaporojyedə axtarış-xilasetmə işləri başa çatıb. Burada hücumlar nəticəsində 23 nəfər ölüb, onlardan dördü uşaqdır. Ötən gün Xarkovda tibb müəssisəsinə, bu gecə isə mülki infrastruktura və yaşayış binalarına zərbələr endirilib. Səhər saatlarında Slovyanskda beşmərtəbəli binaya zərbə dəyib, blok tamamilə dağılıb, dağıntılar altında insanlar ola bilər".
Ukrayna dövlət başçısının sözlərinə görə, Rusiya təkcə bu həftə ərzində Ukrayna ərazisinə 1450-yə yaxın avia-bomba, müxtəlif tipli 75 raket və 1640-dan çox zərbə dronu buraxıb.
Prezident əlavə edib ki, hazırda müttəfiqlərlə hava hücumundan müdafiə (HHM) sistemləri və döyüş aviasiyası üçün sursatların tədarükü barədə danışıqlar davam edir:
"Avropada müharibənin real səbəbkarı yalnız Rusiyadır. Artıq bu gün energetikaya vurulan zərbələri dayandırmaq mümkündür, lakin Putin bunu istəmir. Gərginliyi azaltmağa yönəlmiş hər bir addım qarşılıqlı olmalı və real zəmanətlərə söykənməlidir".
-
Hadisə16:09Əməkdar jurnalist vəfat etdi - Foto
-
Avropa15:31Britaniyadan Zelenskiyə açıq dəstək - Nazir Trampın sirrini yaydı
-
Avropa15:04Papanın ağciyərində düyün aşkarlandı - Əməliyyat olunacaq
-
MDB14:55Putin ad gününü onlarla keçirdi
-
Maraq dünyası14:18Tarakan Xalq Partiyasının rəhbəri azadlığa çıxdı
-
Magazin212:21Stetxemin sevgilisi ideal bədən quruluşunu nümayiş etdirdi - Foto
-
Magazin112:05Azərbaycanda müğənni əməliyyatdan sonra öldü - Foto
-
İdman10:24Günün oyunları - Afişa
































.jpg)




