MDB
Kurskda Şimali Koreya əsgərlərinin şərəfinə abidə ucaldılacaq
Rusiyanın Kursk şəhərində Şimali Koreya hərbçilərinin şərəfinə ucaldılmış heykəl-kompozisiya 2026-cı ilin sonunadək açılacaq.
Publika.az xəbər verir ki, bunu Rusiya prezidenti Vladimir Putin Kremldə Koreya Fəhlə Partiyası Mərkəzi Komitəsinin katibi Ço Yon Vonla görüşündə bildirib.
Putinin sözlərinə görə, Şimali Koreya hərbçiləri Kursk vilayətinin azad edilməsi zamanı Rusiya əsgərləri ilə birlikdə döyüşüb. O, koreyalı hərbçilərin göstərdiyi qəhrəmanlığı unutmayacaqlarını vurğulayıb.
Rusiya lideri həmçinin Şimali Koreyanın istehkamçı və mühəndis bölmələrinin ərazilərin minalardan təmizlənməsi və infrastrukturun bərpasına töhfə verdiyini qeyd edib.
Xatırladaq ki, Rusiya və Şimali Koreya 2024-cü il iyunun 19-da hərtərəfli strateji tərəfdaşlıq haqqında müqavilə imzalayıb. Sənəd həmin il dekabrın 4-də qüvvəyə minib və təcavüz halında qarşılıqlı hərbi yardım nəzərdə tutur.
Müəllif: Adəm
-
Magazin110:34Pərviz Bülbülənin başına səhnədə iş gəldi - VİDEO
-
Köşə09:40Dövlət Azərbaycan futboluna maliyyəni kəssə, nələr olar?
-
Dünya09:34Monqolustan prezidenti istefa verir - Ölkədə hakimiyyət dəyişikliyi gözlənilir
-
Maraq dünyası09:12Bu bürclərə şad xəbər
-
Ekologiya08:45Azərbaycana sərt qış gəlir: Bu bölgələrdə güclü qar gözlənilir - SİYAHI
-
Dünya07:35Onlarla ölkəni narahat edən nüvə təhlükəsi - Bu qış nələr baş verə bilər?
-
ABŞ06:16ABŞ Yaxın Şərqə daha bir nəhəng hərbi qüvvə göndərdi - İrana qarşı yeni plan işə düşür?
-
Avropa05:45Avropaya üz tutan miqrantlar Afrikaya göndəriləcək - Beş ölkədən qərar









.jpg)




























.jpg)