Mədəniyyət
Azərbaycan fotoqrafı Kral Fotoqrafiya Cəmiyyətində
Böyük Britaniya Kral fotoqrafiya Cəmiyyəti (BBKFC) dünyanın ən nüfuzlu fotoqrafiya birliklərindən biridir. Onun əsası 1853-cü ildə britaniyalı fotoqraf Rocer Fenton tərəfindən qoyulub. Dünyanın hər yerindən adlı-sanlı fotoqraflar, o cümlədən Martin Parr (İngiltərə), Enni Leybovits (ABŞ) və ser Devid Attenboro (İngiltərə) bu cəmiyyətin üzvüdürlər.
Bu gündən etibarən Azərbaycanı BBKFC-də fotoqraf Rüfət Əliyev təmsil edəcək. O, bu nüfuzlu cəmiyyətin üzvü olmaq şərəfinə layiq görülmüş ilk azərbaycanlıdır. BBKFC-nin rəhbərliyi onun 2014-cü ildə Azərbaycanda səyahət edərkən çəkdiyi fotoşəkilləri yüksək qiymətləndirib. Rüfət Əliyev “Əlahəzrət...” layihəsindən olan fotoşəkilləri Uels şahzadəsinə göndərib və tezliklə cavab alıb. Kral həzrətləri fotoşəkillərə görə Rüfət Əliyevə təşəkkür edib və ona ən xoş arzularını bildirib.
Cəmi 13 fotoşəkil təqdim olunub. Hazırda həmin şəkillər BBKFC-nin Fenton Hausdakı kitabxanasına verilib. Bundan əlavə, Rüfət Əliyevin “Əlahəzrət...” seriyasından işləri dünya şöhrətli fotoqrafların BBKFC-nin beynəlxalq sərgisi (dünyada ən uzunsürən sərgi) üçün seçilmiş 100 ən yaxşı fotoqrafiyası sıyahısına daxil edilib və 2015-ci ilin oktyabrında Londonda “Old Truman Brewery” qalereyasında nümayiş etdirilib. Sonra sərgi Böyük Britaniyanın hər yerində nümayiş etdiriləcək.
-
Kriminal23:12Göygöldə dəhşətli qətl
-
Magazin221:48İki məşhur xanımın arasında nələr baş verir? - “Heç vaxt belə bir əlaqə yaşamamışam”
-
Qarabağ 21:00Xankəndidə şəhər günü atəşfəşanlıqla qeyd olundu - FOTO
-
Magazin120:12Zaur Kamalın vəziyyəti pisləşdi
-
Magazin119:24Tacir Şahmalıoğlu xəstəxanaya yerləşdirildi - FOTO
-
Qarabağ 18:24Xankəndidə Şəhər Günü belə qeyd edildi - FOTO
-
Qarabağ 17:18XTQ mayoru: "Müavinimə tapşırdım ki, bu barədə heç kəsə heç nə demə!"
-
Avropa16:59Fransa prezidentliyinə namizəd: Aİ-dən çıxıb Ukraynaya dəstəyi dayandıracağam!










.jpg)


.jpg)




.jpg)















.jpg)

