Mədəniyyət
Opera və Balet Teatrının simfonik orkestri Almaniyaya gedir
Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının simfonik orkestri Avropanın ən mötəbər musiqi festivallarından olan Qut-İmmlinq opera sənəti festivalında iştirak etməyə rəsmi dəvət alıb.
Teatrının mətbuat xidmətindən verilən məlumata görə, orkestr bu festivalda səkkizinci dəfə çıxış edəcək.
Simfonik orkestr avqustun 4-dən 11-dək qastrol səfərində olacaq. Musiqiçilər avqustun 9-da festivalın möhtəşəm qala-konsertində çıxış edəcəklər. Konsertdə Qərbi Avropa bəstəkarlarının musiqiləri ilə yanaşı, Azərbaycanın görkəmli bəstəkarları Q.Qarayev, F.Əmirov, Niyazi, eləcə də Polad Bülbüloğlunun əsərləri səslənəcək.
Azərbaycan musiqiçilərinin festivalda iştirakı Mədəniyyət və Turizm Nazirliyinin maliyyə dəstəyi ilə həyata keçiriləcək.
Qeyd edək ki, musiqiçilərimizin Qut-İmmlinq festivalında iştirakı hər dəfə böyük uğurla keçir və həm festivalın təşkilatçıları, həm də Almaniyanın KİV-ləri tərəfindən yüksək dəyərləndirilir.
Bavariyanın səfalı guşələrindən sayılan Qut-İmmlinq festivalında bu il Türkiyə, ABŞ, Latın Amerikası, Çin, Yaponiya da daxil olmaqla ümumilikdə 39 ölkədən dəvət olunmuş vokal sənəti ulduzları, rejissor və dirijorlar iştirak edəcəklər.
-
MDB15:09Ukrayna elə bir ərazini itirdi ki... - Müharibənin dönüş nöqtəsi ola bilər
-
Avropa14:31Rumıniyada nə baş verir? - Üç gündür PUA vururlar
-
Magazin212:48Aktrisanın çimərlik görüntüləri müzakirələrə səbəb oldu - FOTO
-
Ekologiya12:36Sabah 40 dərəcə isti olacaq - HAVA PROQNOZU
-
MDB12:19Hamının "zəifləyib" dediyi Rusiya ordusunda yeni növ birləşmələr yaradıldı
-
İdman11:47Erməni güləşçilər Bakıya gəldilər
-
MDB11:09Xerson yenə vuruldu - Ölən və yaralananlar var
-
Ekologiya10:48Bakıda 39 dərəcə isti qeydə alındı - FAKTİKİ HAVA










.jpg)



























