Mədəniyyət
Xocalıya həsr olunmuş filmin premyerası keçirilib
Litvalı prodüser Aleksandras Brokasın rejissoru olduğu Xocalı faciəsindən bəhs edən “Endless Corridor” (Sonsuz dəhliz) sənədli filminin dekabrın 3-də, yerli vaxtla saat 18:20-də İspaniyanın Barselona şəhərindəki “Girona” kinoteatrında primyerası keçiriləcək.
Publika.az xəbər verir ki, film 26 noyabr -10 dekabr tarixlərində Kataloniyanın paytaxtı Barselonada keçiriləcək İnsan Hüquqları Film Festivalının proqramı çərçivəsində nümayiş olunacaq. “Sonsuz dəhliz” filminin Barselona festivalında nümayişi Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi nəticəsində qaçqın və məcburi köçkün olmuş bir milyona yaxın azərbaycanlının pozulmuş hüquqlarının dünya ictimaiyyətinin diqqətinə çatdırılması üçün yaxşı fürsətdir.
Bu il Barselona Film Festivalı üçün seçilmiş filmlər arasında Fələstin, İraq, İsrail, Almaniya, İngiltərə, İordaniya, Estoniya, Türkiyə, Serbiya, İtaliya, Kanada, Rusiya, Danimarka, ABŞ, Polşa, Livan, Moldova, Sahara, Mərakeş, Suriya, Argentina və dünyanın bir çox kinematoqrafçılarının əsərləri yer alıb.
Festival təşkilatçılarının konsepsiyasına görə, heç bir film digərindən üstün tutulmamalıdır. Festivala təqdim olunan filmlərdə insan hüquqları ilə bağlı müxtəlif narahatçılıqlar fiksiya, animasiya və sənədli film janrlarında ifadə edilib.
Xatırladaq ki, “Sonsuz dəhliz” filmi bu il ərzində müxtəlif beynəlxalq kinofestivalların diqqət mərkəzində olub. ABŞ-da keçirilən “Accolade Qlobal Film Competition” müsabiqəsində “Best of Show” mükafatını aldıqdan sonra bu film daha üç nüfuzlu mükafata layiq görülüb. Belə ki, Madrid Tenerife Beynəlxalq Film Festivalları “Sonsuz dəhliz” filmini “Ən yaxşı sənədli film” və Aleksandras Brokası “Ən yaxşı sənədli film rejissoru”, “Milan IFF 2015 Film Festivalı” isə “Ən yaxşı montaj olunmuş sənədli film” nominasiyası üzrə qalib elan edib.
Xatırladaq ki, filmin primyerası ötən il iyulun 1-də Londonda Britaniya Film və Televiziya İncəsənəti Akademiyasında (BAFTA) keçirilmişdir. Tədbirdə Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla xanım Əliyeva da iştirak etmişdir. “Sonsuz dəhliz” sənədli filmi prodüserlər Aleksandras Brokas (Litva) və nüfuzlu “Grammy Award” mükafatçısı Cerald Rafşun (ABŞ) tərəfindən çəkilmişdir. Film britaniyalı aktyor, BAFTA mükafatçısı Ceremi Ayronz tərəfindən səsləndirilib.
“Sonsuz dəhliz” filminin “Xocalıya ədalət!” təbliğat-təşviqat kampaniyası çərçivəsində bu ilin fevral ayında İstanbul, Ankara, Roma, Vilnüs, London, Paris, Dublin, Berlin, Bern, Lüksemburq kimi şəhərlərdə təqdimatı keçirilib. İngilis dilində çəkilən film Leyla Əliyevanın təşəbbüsü ilə Azərbaycan, türk, fransız, italyan və alman dillərinə subtitrlərlə tərcümə edilib, rus dilində isə dublyaj olunub.
-
İdman04:07DÇ-2026: Braziliya Mərakeşi məğlub edə bilmədi - YENİLƏNDİ
-
Nida Xəbər 00:00Sabiq səfir vəfat etdi
-
Sağlamlıq13 İyun 23:48Yayda yuxusuzluğa səbəb olan amillər
-
Region13 İyun 23:12Rusiya raketləri İran arsenalında - Ehtiyac yaranarsa...
-
Nəqliyyat13 İyun 22:36Bakıda bir sıra parklanma məntəqələri müvəqqəti bağlanır
-
Magazin213 İyun 22:00Hamilə “mələk” düymələri açıq pencəkdə poza verdi - FOTO
-
Nəqliyyat13 İyun 21:24Naxçıvana uçan təyyarə ildırımlı havaya görə geri döndü
-
İdman13 İyun 20:24Olimpiya çempionu özünə toy edir - FOTO










.jpg)




























