Mədəniyyət
“Qarabağ faciəsi” Niderland dövlət televiziyasında
Benilüks Azərbaycanlılar Konqresinin (BAK) dəstəyi ilə Niderland Krallığının dövlət televiziyası olan “Ned2” telekanalında “Qarabağ faciəsi” adlı sənədli film nümayiş etdirilib.
Diasporla İş üzrə Dövlət Komitəsindən Publika.az-a verilən məlumata görə, filmdə Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin əsl mahiyyəti, Azərbaycan ərazisinin 20 faizdən çox hissəsinin işğal edilməsi, Ermənistandan və Dağalıq Qarabağdan qovulmuş bir milyon azərbaycanlının vəziyyəti hollandların, eləcə də bu ölkədə yaşayan xaricilərin diqqətinə çatdırılıb.
Filmin nümayişindən sonra Niderlandda və ümumiyyətlə, Avropada yşayan ermənilər, ermənipərəst qüvvələr tərəfindən yerli qəzetlərdə və internet portallarında etiraz bəyanatları verilib.
Onlar filmdə ermənilərin mövqeyinə yer verilməməsi, münaqişəyə birtərəfli yanaşılması kimi ittihamlarla dolu yazı və statuslarla çıxış ediblər, filmin çəkiliş qrupu haqqında sərt mesajlar yaymaqdan belə çəkinməyiblər.
Qeyd edək ki, artıq üçüncü dəfədir BAK-ın dəstəyi ilə Niderland Krallığının “Ned2” və “Ned3” telekanallarında Xocalı soyqırımı, həmçinin, Dağlıq Qarabağ həqiqətlərindən bəhs edən film nümayiş etdirilir. Bir müddət əvvəl BAK-ın dəstəyi və türkoloq Aleskandr de Grootun iştirakı ilə hazırlanmış Xocalı soyqırımına dair sənədli film ermənilərin iç üzünü açaraq yerli tamaşaçılarda dərin izlər buraxmışdı.
Anar Tağıyev
-
Qarabağ 21:00Xankəndidə şəhər günü atəşfəşanlıqla qeyd olundu - FOTO
-
Magazin120:12Zaur Kamalın vəziyyəti pisləşdi
-
Magazin119:24Tacir Şahmalıoğlu xəstəxanaya yerləşdirildi - FOTO
-
Qarabağ 18:24Xankəndidə Şəhər Günü belə qeyd edildi - FOTO
-
Qarabağ 17:18XTQ mayoru: "Müavinimə tapşırdım ki, bu barədə heç kəsə heç nə demə!"
-
Avropa16:59Fransa prezidentliyinə namizəd: Aİ-dən çıxıb Ukraynaya dəstəyi dayandıracağam!
-
Magazin116:49Alim Qasımov Üzeyir Mehdizadə ilə duetindən danışdı
-
Digər15:18Yapon dənizində nə baş verir? - Ballistik raket atıldı










.jpg)







.jpg)















.jpg)

