Mətbəx
Ən dadlı pryanik belə hazırlanır - RESEPT
"Əvvəlki təamların ləzzəti artıq qalmayıb"- hər kəsdən bu sözləri eşidirik. Xüsusən də şirniyyat alarkən alıcılar məhsulların dadından şikayətlənir.
Məsələn, sovet vaxtı yediyimiz pryaniklər artıq daha ləzzətsiz hazırlanır.
Publika.az dadlı, yumşaq pryanik reseptini təqdim edir.
Hazırlamaq üçün:
400 qr un, 200 qr xama, 125 qr yumşaldılmış kərə yağı, 125 qr şəkər tozu, 1 paket qabartma tozu və vanil, 2 ədəd yumurta (1i bütöv,digərinin sarısı) lazımdır.
Üzərinə isə 1 yumurta ağı və 125 qr şəkər kirşanı istifadə edə bilərsiniz.
Pryanikin hazırlanma qaydası heç də çətin deyil. Bir qabda yumurta və şəkər tozunu mikserlə çalıb, üzərinə vanil və yumşaldılmış kərə yağı əlavə edin. Qarışdıraraq xamanı da tökün. Ayrı bir qabda un və qabartma tozunu qarışdırın. Un qarışığını hissə-hissə kütlənin üzərinə ələyib, mikserlə zəif sürətdə qarışdırıb, yumşaq xəmir yoğurun. Xəmirdən balaca kündələr düzəldin. Yağlı kağız sərilmiş soba sinisinə aralıqlarla düzün. Öncədən 180 dərəcə qızdırılmış sobada 20-25 dəqiqə qızaranadək bişirin.
Üzəri üçün yumurta ağını şəkər kirşanıyla mikserlə qarışdırın. İsti pryaniklərə fırçayla qlazur çəkib quruması üçün kənara qoyun. Soyuyan pryanikləri nuş edə bilərsiniz.
-
Cənubi Qafqaz08:20Bayramov Mirzoyanla nəqliyyat infrastrukturunun açılmasını müzakirə etdi
-
Avropa07:47Almaniya bu ölkəyə dörd qırıcı təyyarə göndərdi
-
İdman06:46Runi ilk dəfə etiraf etdi: “Yəhudi kökənliyəm, nənəm polşalıdır”
-
Magazin106:16“Yaşaya bilmədiyimiz ata-qız sevgisinə ağlayıram” - FOTO
-
ABŞ03:13Trampın “Bu avtomatik qələm…” sözləri Cinpini güldürdü - VİDEO
-
Səhiyyə00:15Beynin qocalmasını ləngidən möcüzə - Bu vitamin xilaskar ola bilər
-
Qoroskop00:00Günün ULDUZ FALI - Özünüzə zərər verə bilərsiniz
-
İdman24 Sentyabr 23:36Çox qorxuncdur – Anri hansı komandanı deyir?





















.jpg)














