Mətbəx
Kremlin məşhur aşpazı prezidentlərin QADAĞAN OLUNMUŞ yeməklərindən danışdı- VİDEO
Video əlavə olunub.
xxx
Kremlin aşpazı Anatoli Qalkin dövlət başçılarının ən sevdiyi və “qadağan edilmiş” yeməklərindən danışıb.
Publika.az Rusiya mətbuatına istinadən xəbər verir ki, aşpaz Kreml aşpazlarının vahid “stop siyahısı” olmadığını bildirib. Amma əlavə edib ki, siyasətçilərin ağız dadını bilirdilər və menyunu elə qurmuşdular ki, sevilməyən yeməklər süfrəyə təqdim olunmasın.
Məsələn, Leonid Brejnev ovdan sonra ördəkləri sevirdi: “Əlbəttə ki, onlar yoxlanıldıqdan sonra qovrulurdu, amma yenə də xəbərdarlıq edilirdi. Mixail Sergeyeviç Qorbaçovsa heyvan ovuna dözə bilmirdi, odur ki, ona təklif etmədilər.
Qorbaçov evdə yetişən vəhşi quşlara üstünlük verirdi. Ətdən çox hinduşka və ya ördək döş ətini sevirdi. Boris Yeltsinsə yeməklə bağlı seçici deyildi, eyni zamanda qadağan edilmiş yeməkləri var idi, siyasətçi dəniz məhsulları sevmirdi, masasında karides, midye, qurbağalar və s. olmazdı.
Dəniz məhsullarını Mixail Qorbaçova da sevməzdi. Düzdür, xarici səfər zamanı sınaya bilərdi, amma bu əvvəlcədən razılaşdırıldı, həyat yoldaşı Raisa Qorbaçova isə dəniz məhsullarından tamamilə imtina etmişdi.
Vladimir Vladimiroviç Putinin menyusunda fövqəladə bir şey yoxdur, o, yaxşı küftə, quzu, dana ətini sevir, balıq da yeyə bilər. Hər halda, onlar bizimlə eyni insanlardır. Və əgər ananas, manqo və ya papaya təqdim edilsə, əlbəttə ki, bunların hamısını yeyər. Bunlar həmişə olub, hətta SSRİ-də belə problemlər olmayıb”.
Aytən Məftun
-
ABŞ10:14Melaniya Ağ Evdə yaşamırmış: Trampla onun arasında nə baş verib?
-
MDB09:32Rusiyada gecə kabusu: 400-dən çox PUA... - 16 region hədəfdə
-
Dünya08:00Bu ölkədə kütləvi adam oğurluğu - 47 ölü, 50-dən çox girov var
-
İdman07:47Sabiq hücumçu həbs edilə bilər
-
Magazin206:16“Mələk” nişan xəbərindən sonra bikinidə poza verdi - FOTO
-
ABŞ05:45Rubio xarici həmkarlarına İrana hücumla bağlı bu sözləri deyib
-
Cənubi Qafqaz04:44Məhkəmə Koçaryanın oğlu ilə bağlı belə qərar verdi
-
Dünya04:14Günəş sistemində doqquzuncu planet - Yerdən 10 qat ağırdır





































.jpg)
.jpg)

.jpg)