Yaxın Şərq
İsrail bunu sübut edərsə, QİYAMƏT QOPACAQ: Rusiyadan göndərilən...
Qəzza sektorunda Fələstin döyüşçüləri İsrailin atəşə tutulması üçün Kremlin ən yaxın müttəfiqlərindən biri – Suriya prezidenti Bəşər Əsəddən alınmış Rusiya raketlərindən - “Kornet”dən istifadə etdi.
Publika.az xəbər verir ki, bu haqda “Oboz TV”nin efirində beynəlxalq məsələlər üzrə ekspert Andrey Karakus danışıb.
O, Qəzza ilə sərhəddə İsrail avtobusuna Rusiya raketinin düşməsi hadisəsini şərh edib.
“Kornet” raketləri tank əleyhinə komplekslərdir. Onlar 1990-cı illərin sonlarında – 2000-ci illərin başlanğıcında Suriyaya Rusiyadan gətirilib. Sonra Bəşər Əsəd rejimi onları başqa ölkələrdə öz müttəfiqlərinə paylayırdı. Müvafiq olaraq, raketlər Livanda “Hizbullah” və Fələstində HƏMAS-ın əlinə düşdü. Onlardan 2006-cı ildə “Hizbullah”ın İsraillə müharibəsi zamanı istifadə olunurdu”, - beynəlxalq hüquq mütəxəssisi deyib.
Karakus xatırlatdı ki, 2011-ci ildə də analoji hadisə baş vermiş, Qəzza sektorundan buraxılmış Rusiya raketi məktəb avtobusunu məhv etmişdi və nəticədə, çoxlu insan həlak olmuşdu.
“Bu raketlər terrorçular tərəfindən istifadə olunur. Rusiya müxtəlif qaynar nöqtələrə silahları çatdıraraq onların yayılmasına nəzarət etmir. İndiki halda bu silahlar terrorçular üçün var-dövlətə çevrilib və onlardan İsrail tanklarına qarşı istifadə etmək olar”, - Karakus qeyd edib.
Ekspertin fikrincə, bu hadisə İsrail-Rusiya münasibətləri üçün ciddi nəticələrə gətirib çıxaracaq.
“2011-ci ildəki hadisə iki ölkə arasında böyük qalmaqala gətirib çıxardı. Müvafiq olaraq, əgər indi “Kornet”dən istifadə edildiyi sübut edilərsə, bu bir daha onun əlaməti olacaq ki, Rusiya-İsrail münasibətləri indi böhran vəziyyətindədir. Rusiya göstərir ki, İsrail rəhbərliyi ilə sıx əlaqələri dəstəkləməyə çalışaraq, eyni zamanda müəyyən yolla İsraildə stabilliyi poza bilər. Bu, Rusiyanın demək olar ki, hər yerdə öz beynəlxalq işlərində istifadə etməyə çalışdığı hibrid taktikadır”, - Karakus əlavə edib.
Xatırladaq ki, noyabrın 12-də İsrail Qəzzada döyüşçülərin mövqelərinə güclü aviazərbələr endirib. İsrail tərəfinin açıqlamasına görə, hərbi əməliyyat kütləvi Fələstin qruplaşmaları tərəfindən edilən atəşə cavab idi. İsrail hərbçilərinin məlumatına görə, döyüşçülər İsrail ərazisinə 200 raket buraxıblar və onlardan bir hissəsi “Dəmir günbəzi” hava hücumundan müdafiə sistemi tərəfindən ələ keçirilib.
HƏMAS qruplaşmasının nümayəndələri bildirdilər ki, Qəzza ilə sərhəddə sərnişin avtobusuna düşən raket Rusiya raketi idi.
Ömər
-
Sosial11:42Azərbaycanda bu şəxslərin İŞ SAATI DƏYİŞİR
-
Rəsmi xronika10:52İlham Əliyev Bakıda açılışda iştirak etdi - FOTO
-
Dünya09:48Alimlərdən şok proqnoz: Qiyamət günü ilə bağlı yeni tarix açıqlandı
-
İnanc09:30Butulka basdırır, rozmarin əkirdilər - İnsanlar evlərini cadudan necə qoruyurdu?
-
Sosial09:00Sentyabr və oktyabr niyə işçilər üçün ən çətin aylardır?
-
Hadisə08:41Bakı metrosunda problem: Stansiyalarda izdiham yarandı - VİDEO
-
Kriminal07:35Narkobaronların qazanc mənbəyi dəyişdi - İldə 21 milyard dollarlıq “yeni alver”
-
İdman06:46“Real”la İnfantino arasında gizli anlaşma






























.webp)








